• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


BAKIDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ GƏNCLİYİN İNKİŞAFINDA ROLU ÜZRƏ I BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
2009-11-02 | 21:16 |

BAKIDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ GƏNCLİYİN İNKİŞAFINDA ROLU ÜZRƏ I BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

Noyabrın 2-də Bakıda "Hyatt-Regency-Naxçıvan" mehmanxanasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Azərbaycan Repubikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi "Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması" mövzusunda I beynəlxalq konfrans öz işinə başlamışdır.
Tədbirdə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak etmişdir.
AzərTAc-ın məlumatına görə, konfransa İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərdən və Avropa ölkələrindən yüzə yaxın gənc ekspert, o cümlədən informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşmış aparıcı şirkət, elmi institut və           qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılmışlar.
İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İskəndərov konfransı açaraq iştirakçıları salamlamış və bildirmişdir ki, beynəlxalq toplantının keçirilməsindən əsas məqsəd gənclərin bu sahəyə olan marağını artırmaq, İKT sahəsində təcrübə mübadiləsini genişləndirməkdir. Bildirilmişdir ki, Avropada İKT sahəsində əldə edilmiş təcrübənin İslam Konfransı Təşkilatı ölkələrində fəaliyyət göstərən gənc iş adamlarına ötürülməsi baxımından yeni yaranan bir prosesin təməlini qoyacaq konfransda, yeni texnologiyaların tətbiqi və gənclərin informasiya-kommunikasiya sektorunun inkişafında rolu müzakirə olunacaqdır. Bundan başqa, iştirakçılar tərəfindən əsasən gənclərin informasiya-kommunikasiya sektorunun formalaşmasına dair yaradıcı yanaşmalarının müzakirə ediləcəyi, onlayn gənc sahibkarlıq və marketinq mövzusunda məruzələrin dinləniləcəyi nəzərdə tutulur. Tədbir iştirakçıları tərəfindən İKT sahəsinin formalaşmasında dövlət və özəl sektorun, eləcə də universitetlərin fəaliyyəti barədə fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin prioritet sahələrdən elan etdiyi informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə mühüm addımların atıldığını qeyd edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, son zamanlar İslam Konfransı Təşkilatı ölkələrində yeni texnologiyaların tətbiqi üzrə böyük hərəkat, canlanma müşahidə olunur. Belə bir hərəkatın davamlı və dayanaqlı olması üçün gənclərin fəallığı çox vacibdir. Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında böyük mərkəzə çevrilmişdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qlobal əhəmiyyətli tədbirlər xüsusi vurğulanmalıdır.
Konfransın Bakıda keçirilməsinin təsadüfi olmadığını qeyd edən nazir, Azərbaycanda İKT sahəsində çoxsaylı layihələrin həyata keçirildiyini xatırlatmış, ölkəmizin yeni "Transmilli super informasiya magistralı" layihəsini həyata keçirməyə hazırlaşdığını diqqətə çatdırmışdır.
BMT-nin İnkişaf Proqramının xüsusi müşaviri Şəid Hüseyn, "Türk-Telekom"un icraçı direkroru Paul Doani çıxışlarında İKT-nin təhsilin inkişafındakı rolundan bəhs etmişlər. Qeyd olunmuşdur ki, gələcək təhsili kompyutersiz və internetsiz təsəvvür etmək mümkün deyildir.

Çıxışlarda internet resurslarından səmərəli istifadə üçün gənclərin arzu və istəklərinə uyğun təhsil proqramlarının işlənməsinin vacibliyi vurğulanmışdır.
Gənclər və idman naziri Azad Rəhimov ölkədə gənclər arasında həyata keçirilən dövlət proqram və layihələrinin əhəmiyyətindən danışmışdır. O, gənclərlə iş sahəsində müasir İKT-dən səmərəli istifadənin əhəmiyyətini xüsusi vurğulamışdır.
Qətərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, gənclərlə bağlı xüsusi layihənin rəhbəri Məhəmməd Abdul Rəhman əl-Thani yaxşı yaşayış üçün iqtisadi inkişafın zəruriliyini vurğulamışdır. Qeyd etmişdir ki, bunun üçün faydalı təşəbbüslərin irəli sürülməsi əsas şərtdir. Bu gün dünyadakı müsəlmanların 65 faizinin 35 yaşınadək gənclərdən ibarət olduğunu bildirən natiq, inkişaf üçün onlara İKT sahəsində dəstək verilməsinin vacibliyini qeyd etmişdir.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Bakı toplantısının açıq, faydalı müzakirələrin aparılması, rəqəmsal boşluqların doldurulması üçün gənclərə hər cür şərait yaradacağını bildirmişdir. O, öz çıxışında müasir qloballaşan dünyada müxtəlif ölkələrdən olan gənclərin bu sahədə təcrübə və biliklərinin mübadiləsinin vacibliyini qeyd etmiş və Bakıda keçirilən tədbirin bu prosesə səmərəli töhfə verəcəyinə ümid etdiyini söyləmişdir.
İslamda elmə, zəkaya verilən böyük önəmdən danışan Leyla Əliyeva əmin olduğunu bildirmişdir ki, konfrans ərzində gənclərin aparacağı səmərəli müzakirələr vacib məsələlərin həlli yollarını tapmağa kömək edəcəkdir. Bu gün informasiya-kommunikasiya texnologiyalarının daha sürətlə inkişaf etdiyini vurğulayan natiq, gəncliyin bu texnologiyanın öyrənilməsində maraqlı olduğunu qeyd etmişdir.
Leyla Əliyeva bu toplantının daha bir mühüm əhəmiyyətini dünyanın müxtəlif ölkələrindən olan gənclərin bir araya gəlməsi ilə əlaqələndirmişdir. Vurğulamışdır ki, rəqəmsal boşluqların aradan qaldırılması sivilizasiyaların inkişafına xidmət edəcəkdir.
Leyla Əliyeva onun təşəbbüsü ilə irəli sürülən "Xocalıya ədalət" kampaniyasından danışarkən belə təşəbbüslərin dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəşəriyyətə sülh, əmin-amanlıq gətirdiyini vurğulayaraq demişdir:
-"Xocalıya ədalət" kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik. Ümid edirəm ki, bu konfrans yeni mərhələnin başlanğıcı olacaqdır. İş birliyimiz nəzərdə tutulan bütün məqsədlərimizə nail olmağımıza yardım göstərəcəkdir. Başlıcası bir-birimizə inanmağımızdır. İdeyalarımızı açıq şəkildə müzakirə etməyimiz olduqca vacib məsələdir. Əminəm ki, müzakirələr məsələlərin həllinə və müsbət nəticələrə gətirib çıxaracaqdır.
Toplantının açılış mərasimindən sonra Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən gənclər proqramlarının inkişafındakı müstəsna xidmətlərinə, İKT üzvü olan ölkələr və müxtəlif mədəniyyətləri təmsil edən gənclər arasında dialoqun yaradılmasına verdiyi dəyərli töhfələrə görə Leyla Əliyevaya təşkilatın yüksək mükafatı təqdim edilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, gənclər və idman naziri Azad Rəhimova, "Türk-Telekom"un icraçı direktoru Paul Doaniyə və BMT-nin İnkişaf Proqramının xüsusi müşaviri Şəid Hüseynə də İslam Konfransı Təşkilatı Gənclər Forumunun xüsusi mükafatları təqdim olunmuşdur.
Geniş müzakirə və təqdimatlarla işini davam etdirən konfransa Albaniyanın Təhsil Nazirliyinin nümayəndəsi Hidayət Kopani sədrlik etmişdir. İlk geniş iclasda "İnformasiya texnologiyalarında gənclərin yaradıcılığı və onlayn sosial şəbəkələr" mövzusunda Belçika İnternet Cəmiyyətinin prezidenti Rudi Vansnik, "Türk -Telekom"un icraçı direktorunun məsləhətçisi Ramazan Dəmir, "İnnova Technology"nin meneceri Coşkun Dolanbay, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı departamentinin rəhbəri Rüfət Gülməmmədov təqdimatlarla çıxış etmiş, müzakirələr aparılmışdır.
İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İskəndərovun sədrliyi ilə keçən konfransın növbəti bölmə iclasında "Beynəlxalq kampaniyaların inkişafında gənclər və informasiya texnologiyalarının rolu" mövzusunda təqdimatlar keçirilmişdir.
Banqladeşin Proqram və İnformasiya Xidmətləri Assosiasiyasının prezidenti Həbibulla N.Kərim, Qlobal Gənc Yaşıllar Hazırlıq Komitəsinin əlaqələndiricisi Sanka Çandima, Niderlanddan olan müstəqil jurnalist Qert Van Dam, Montana Universitetinin professoru Tomas Qoltz İKT-nin beynəlxalq kampaniyaların təşkili və keçirilməsində rolunu xüsusi vurğulamışlar.
İclasda bu ilin fevralında DƏİKGF-in mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya ədalət" kampaniyasının təqdimatı keçirilmişdir. Bu iclasda kampaniya üzrə dünyanın 20-dən çox ölkəsindən gəlmiş milli əlaqələndirici iştirak etmişdir.
Qeyd edək ki, iki gün davam edəcək toplantıda "İKT sahəsində gəncliyin inkişafı" üzrə Bakı bəyannaməsi qəbul olunacaqdır. Tövsiyə xarakterli sənəd Qara dəniz Hövzəsi Ölkələri və İslam Konfransı Təşkilatı ölkələri nazirlərinin toplantısına göndəriləcəkdir.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved