• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


BMT-NİN BAŞ QƏRARGAHINDA AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏKİ VƏZİYYƏTLƏ BAĞLI "DƏYİRMİ MASA" KEÇİRİLİB
2009-11-02 | 21:23 |

BMT-NİN BAŞ QƏRARGAHINDA AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏKİ VƏZİYYƏTLƏ BAĞLI

AzərTAc bildirir ki, noyabrın 2-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə bu mötəbər beynəlxalq qurumun Baş Məclisində və Təhlükəsizlik Şurasında yayılmış və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektlərinə həsr olunmuş bir sıra məruzələrlə bağlı BMT Baş Məclisinin   64-cü sessiyasının gündəliyinin "Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət" adlı bəndi üzrə "dəyirmi masa" keçirilmişdir. Müzakirələrdə BMT-nin üzvü olan dövlətlərin, qurumun katibliyi və ixtisaslaşmış bölmələrinin nümayəndələri iştirak etmişlər. Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev tədbiri açaraq, münaqişənin tarixi və mövcud hüquqi aspektləri barədə məlumat vermişdir. Sonra Azərbaycan Respublikasının hüquq məsləhətçisi, tanınmış beynəlxalq hüquqşünas professor Malkolm Şou məruzələrin məğzi və məsələ üzrə mövcud hüquqi vəziyyət, təminatlar və mexanizmlər barəsində ətraflı çıxış etmişdir. 
Daha sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi və dialoq aparılmışdır. Tədbirdə çıxış etmiş dövlətlərin nümayəndələri münaqişənin beynəlxalq hüquq və Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyini vurğulamış və Azərbaycan tərəfinin bu müzakirələrin təşkil edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirmişlər. Səfir Aqşin Mehdiyev və professor Malkolm Şou tədbir iştirakçılarının suallarını cavablandırmış və əlavə şərhlər vermişlər. 
Tədbirin sonunda iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış BMT-nin sənədlər toplusu təqdim edilmişdir.
 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved