• Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri gürcü ziyalılarla görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri gürcü ziyalılarla görüşüb


Xəbərlər


VAŞİNQTONUN HÜQUQ MÜTƏXƏSSİSLƏRİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HÜQUQİ ASPEKTLƏRİNİ İŞIQLANDIRAN HESABATLA TANIŞ OLUBLAR
2009-11-06 | 16:33 |

VAŞİNQTONUN HÜQUQ MÜTƏXƏSSİSLƏRİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HÜQUQİ ASPEKTLƏRİNİ İŞIQLANDIRAN HESABATLA TANIŞ OLUBLAR

AzərTAc xəbər verir ki, Vaşinqtonun hüquq mütəxəssisləri Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini işıqlandıran hesabatla tanış olmuşlar. 
Vaşinqtonda keçirilən “Azərbaycan-ABŞ: 11-ci təhlükəsizlik dialoqu” çərçivəsində Azərbaycan tərəfi Birləşmiş Ştatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini əks etdirən hesabat təqdim etmişdir. Xarici işlər nazirinin müavini Araz Əzimov bu barədə ABŞ-ın Milli Mətbuat Mərkəzində dialoqun nəticələrinə həsr edilən brifinqdə bildirmişdir. 
Xatırladaq ki, 1996-cı ildən başlanan Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu çərçivə mexanizmi kimi xidmət edərək tərəflərə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə yardım edir. Dialoqun bu ilki raundu zamanı Araz Əzimov və ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə müavini Əndrü Şapironun həmsədrliyi altında nümayəndə heyətləri bölgədə kütləvi qırğın silahlarının, narkotik maddələrin dövriyyəsinin yayılmasının qarşısının alınması, terrorla mübarizə, Xəzər hövzəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, ABŞ-ın bölgədəki maraqları və digər məsələləri müzakirə etmiş, bu sahədə ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparmışlar. 
Nazir müavini bildirmişdir ki, Vaşinqtonun hüquq ekspertləri Xarici İşlər Nazirliyinin hazırladığı Dağlıq Qarabağ münaqişəsinin hüquqi tərəfini açıqlayan hesabatla tanış olmuşlar. Onlar yekdilliklə münaqişənin “ərazi bütövlüyü” prinsipi əsasında nizama salınmalı olduğunu hesab etmişlər. Araz Əzimov vurğulamışdır ki, Ermənistan tərəfinin danışıqlarda əsas gətirdiyi “öz müqəddəratını həll etmə” prinsipi “ərazi bütövlüyü” ilə ziddiyyət təşkil etməməlidir. Azərbaycan tərəfi güzəşt kimi öz dövlət sərhədləri daxilində Dağlıq Qarabağ bölgəsində yaşayan 50 min nəfərlik erməni icmasının statusunun müəyyən edilməsi məsələsinə baxmağa hazırdır. Lakin bu proses bölgədən didərgin salınan 70 min nəfər azərbaycanlı icmasının iştirakı olmadan baş tuta bilməz. 
Xarici işlər nazirinin müavini Minsk qrupu həmsədri kimi ABŞ-ın münaqişənin həll edilməsi üçün daha çox səy göstərəcəyinə ümidvar olduğunu ifadə etmişdir: “Biz, bölgənin sabitliyi və təhlükəsizliyi üçün nəticələrin tələb olunduğu bir anda yaşayırıq”. Araz Əzimov həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişəsinə aid olmadığını düşünənlərə bölgədəki proseslərə ehtiyatla yanaşmağı tövsiyə etmişdir. 


 





2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
2018-06-14 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved