NYU-YORKDA AZƏRBAYCAN DİPLOMATİYASININ 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a verilən məlumatda bildirilir ki, noyabrın 5-də Nyu-Yorkdakı Kolumbiya Universitetində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin və Harriman İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Diplomatiyasının 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan 21-ci əsrdə: Perspektivlər və çağırışlar" mövzusunda konfrans keçirilmişdir.
Konfransda xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycan Respubikasının BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev, professor Timoti Frye, beynelxalq diplomatiya uzrə professor, səfir Stefen Sestanoviç iştirak etmişlər.
Tədbirdə "Dəyişən mühittdə Azərbaycanın təhlükəsizlik siyasəti", "Müstəqil, bütöv, çiçəklənən və demokratik Azərbaycana aparan yol", "Azərbaycan-ABŞ əlaqələri" mövzularında məruzələr dinlənilmişdir.
Tədbirin sonunda azərbaycanlı diplomatlar iştirakçıların çoxsaylı suallarını cavablandırmış, şərhlər vermişlər.
Sonda iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış BMT-nin sənədlər toplusu, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri əks etdirən kitablar təqdim edilmişdir.
|