• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


AZƏRBAYCAN SƏFİRLİYİ MACARISTANIN DÖVLƏT XADİMİNƏ XATİRƏ HƏDİYYƏSİ TƏQDİM EDİB
2009-11-06 | 17:52 |

AZƏRBAYCAN SƏFİRLİYİ MACARISTANIN DÖVLƏT XADİMİNƏ XATİRƏ HƏDİYYƏSİ TƏQDİM EDİB

Azərbaycanın Macarıstandakı səfirliyində diplomatik nümayəndəliyin macar dilində nəşr etdirdiyi "Macarıstanın BMT Təhlükəsizlik Şurasında mövqeyi" kitabçasının təqdimatı olmuşdur. AzərTAc bildirir ki, kitabçaya BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi, macar diplomatı Endre Erdoşun bu beynəlxalq təşkilatın yüksək kürsüsündən çıxışının mətni daxil edilmişdir.
Endre Erdoş Macarıstanın BMT-dəki daimi nümayəndəsi, ölkənin Fransadakı səfiri, Macarıstan XİN-in dövlət katibinin müavini işləmişdir. BMT Təhlükəsizlik Şurasının ermənilərin Azərbaycana qarşı təcavüzü ilə bağlı 4 qətnaməsinin qəbul edildiyi illərdə cənab Erdoş Şuranın sədri olmuşdur. O, həmişə və bütün beynəlxalq forumlarda beynəlxalq hüququn aliliyi prinsipini, sərhədlərin zorla dəyişdirilməsinin və etnik təmizləmələrin yolverilməzliyini, ərazi bütövlüyünün pozulmazlığı və dövlət suverenliyinin toxunulmazlığını ardıcıl şəkildə müdafiə etmişdir.
Təqdimat mərasimindən sonra Endre Erdoşa Azərbaycan səfirliyinin xatirə hədiyyəsi təqdim olunmuşdur. Mərasimdə ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov çıxış edərək, müstəqilliyimizin ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda üzləşdiyimiz çətinliklərdən danışmışdır. 1992-ci ilin yanvarında Macarıstan BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, həmin il martın 14-də gənc Azərbaycan dövləti BMT-nin tamhüquqlu üzvü olmuşdur. Səfir o illərlə bağlı xatirələrini bölüşmüş, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi təyin olunduqdan sonra ilk görüşünü macarıstanlı həmkarı Endre Erdoş ilə keçirdiyini söyləmişdir.
H.Həsənov demişdir: "İlk görüşdə cənab Erdoş Azərbaycanla bağlı və o dövrlər təzəcə şiddətlənən Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti barədə dərin biliklərə malik olması ilə məndə böyük təəssürat oyatdı. O illər çoxları, hətta yüksək vəzifəli siyasətçilər ölkəmiz barədə səthi məlumata malik idi. ABŞ-da bir çox siyasətçilər Si-En-En-ə daha çox etibar edirdilər. Əgər ABŞ KİV-ləri xəbər verməmişdisə, həmin ölkələrin diplomatlarının bilavasitə verdiyi informasiya bir çox siyasətçilərdə şübhə doğururdu. Bu, stereotiplər və ölkəmiz haqqında informasiyanın çatışmadığı illər idi". Diplomat vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi iki il ərzində cənab Erdoşun mövqeyi dəyişməmişdir və bu, 1994-cü ildə ATƏT-in Budapeştdə keçirilən sammitində bir daha təsdiq olundu.
Səfir Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı 4 qətnaməsinin qəbul edilməsi üzərində dayanmışdır. O vaxt qətnamələrin qəbul olunmasına səs verən bütün ölkələrə təşəkkürünü bildirən H.Həsənov cənab Erdoşun və onun ayrıca kitabça şəklində nəşr edilmiş çıxışının əhəmiyyətini xüsusi vurğulamışdır. Azərbaycan-Macarıstan əlaqələrinin möhkəmlənməsində Endre Erdoşun xüsusi xidmətlərini nəzərə alaraq, ölkəmizin səfirliyi ona xatirə hədiyyəsi - paytaxtımızın rəmzi olan bürünc Qız Qalasını təqdim etmişdir.
Cənab Erdoş onun fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan səfirliyinə və Azərbaycan hökumətinə təşəkkürünü bildirərək demişdir ki, Macarıstan 1955-ci ildən BMT-yə üzv seçildiyi vaxtdan 1992-ci ildə ikinci dəfə Təhlükəsizlik Şurasının sədri olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi və keçmiş Yuqoslaviyada müharibə Macarıstanın bu quruma sədrliyi ilə eyni vaxta düşmüşdü. Macarıstan diplomatları ölkələrinin ərazilərin işğalı və dövlət sərhədlərinin birtərəfli şəkildə dəyişdirilməsinin yolverilməzliyinə əsaslanan prinsipial mövqeyini dünya birliyinə çatdırmaq üçün çoxlu çıxışlar edir, görüşlər keçirirdilər. Artıq ATƏT-ə sədrlik edən ölkəninin təmsilçiləri kimi, Macarıstan diplomatları Cənubi Qafqaza səfərləri zamanı bu prinsipial mövqedən çıxş edirdilər. Xalqlarımız arasında dil, yaxud mədəniyyət fərqi bu mövqeyə heç bir təsir göstərmirdi.
Erdoş o vaxt siyasətçilər arasında Azərbaycan haqqında biliklərin az olduğunu təsdiq etmişdir. O demişdir: "Məsələ təkcə Azərbaycanda deyildi. Əgər BMT Təhlükəsizlik Şurasının 15 üzvünün bütün daimi nümayəndələrinə Slovakiya və Sloveniya arasında fərqin nədən olduğu barədə sual verilsəydi, heç kim dəqiq cavab tapa bilməzdi. Təkcə üçüncü ölkələrdən olan diplomatlar deyil, amerikalılar da cavab verə bilməzdilər. Bax, bəzən belə şəraitdə işləməli olurduq. Beynəlxalq birliyin Azərbaycanın müstəqilliyinin ilk illərində Qafqazda baş verən faciəyə etinasız yanaşmasının səbəbi bu idi".
Erdoş onun fəaliyyətinə verilən yüksək qiymətə görə, Azərbaycana minnətdarlığını ifadə etmiş və ümidvar olduğunu bildirmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi tezliklə beynəlxalq hüquq normaları əsasında, BMT Nizamnaməsinə və 1975-ci il Helsinki Yekun Aktına uyğun olaraq öz həllini tapacaqdır.

Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt

  





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved