• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


MOSKVA ƏTRAFINDAKI DOMODEDOVO ŞƏHƏRİNDƏ HƏMVƏTƏNLƏRİMİZİN
2010-03-19 | 17:23 |

MOSKVA ƏTRAFINDAKI DOMODEDOVO ŞƏHƏRİNDƏ HƏMVƏTƏNLƏRİMİZİN

Moskva ətrafındakı Domodedovo şəhərində, “Bor” sanatoriya-sağlamlıq kompleksində Novruz bayramı təntənəli şəkildə qeyd edilmişdir. Bayram tədbiri Domodedovoda yerli azərbaycanlıların “Vətən” ictimai təşkilatının yaradılmasına həsr edilmişdir. Cəmiyyətin sədri vəzifəsinə həmvətənimiz, Rusiya Federasiyasının əməkdar inşaatçısı, “Günay” inşaat şirkətinin prezidenti Əlizaman Rəhimov seçilmişdir.
Domodedovo şəhər dairəsi administrasiyasının başçısı Dmitri Qorodetski tədbiri açaraq, Azərbaycan xalqını qədim Novruz bayramı münasibətilə təbrik etmiş və xüsusi vurğulamışdır ki, Azərbaycan ən dinamik inkişaf edən, Rusiya və rus xalqı ilə sıx dostluq telləri ilə bağlı olan dövlətdir. O, tədbirin təşkilatçısı Əlizaman Rəhimova təşəkkürünü bildirərək qeyd etmişdir ki, onun bu şəhər qarşısında xidmətlərini lazımınca qiymətləndirmək çətindir. D.Qorodetski demişdir: “O, köhnəlmiş mənzil fondunu boşaldır, şəhər üçün təmtəraqlı yaşayış kompleksləri ucaldır və ümumiyyətlə, infrastrukturun inkişafı üçün çox iş görür. Təsadüfi deyildir ki, Əlizaman Rəhimova Prezident Dmitri Medvedevin Sərəncamı ilə “Rusiyanın əməkdar inşaatçısı” fəxri adı verilmişdir”.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Ağalar Atamoğlanov səfir Polad Bülbüloğlunun tədbir iştirakçılarına təbrikini oxumuşdur. Təbrikdə bu təntənəli tədbirin təşkilatçılarına, “Vətən” ictimai təşkilatının rəhbərlərinə Novruz bayramına həsr edilmiş tədbir keçirmək təşəbbüsünə və bu tədbirin hazırlanmasına görə təşəkkür edilir. Məktubda deyilir: “Domodedovo şəhərində bayram keçirilməsi, habelə azərbaycanlıların “Vətən” ictimai təşkilatının təsis edilməsi bu gün diasporun həyatında baş verən mühüm prosesləri əks etdirən əlamətdar hadisədir və onun Rusiyanın ictimai həyatında fəal iştirak etdiyini göstərir”.
Bayram tədbirinin rəsmi hissəsinin aparıcısı Azərbaycanın əməkdar artisti Səməd Səmədov idi. Rəsmi hissədən sonra görüş Rusiyanın və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət ustalarının konsert proqramı ilə davam etmişdir.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved