• Azərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşübAzərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşüb
  • Malta Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edibMalta Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib
  • Rusiyanın Rusiyanın "Soyuz natsionalnostey" jurnalında Azərbaycan diasporu fəalının məqaləsi dərc edilib
  • Azərbaycanın muğam triosu Azərbaycanın muğam triosu "Al Kamancati" festivalında
  • Xaricdəki soydaşlarımızın əsəri Bakıda səhnələşdirilibXaricdəki soydaşlarımızın əsəri Bakıda səhnələşdirilib


Xəbərlər


Qlobal Bakı Forumu panel müzakirələrlə davam edib
2017-03-17 | 12:36 |

Qlobal Bakı Forumu panel müzakirələrlə davam edib

V Qlobal Bakı Forumu paralel panel müzakirələrlə davam edib. “Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə qarşı ən böyük hədə hesab edilirmi?” mövzusuna həsr edilmiş panel iclas Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenkonun moderatorluğu ilə keçib. Katerina Yuşenko bu gün terrorizmin, dini ekstremizmin və aqressiv separatizmin yenə də beynəlxalq təhlükəsizliyə əsas təhdid olaraq qaldığını bildirib. O, bu sahədə artan təhlükənin əməkdaşlığın gücləndirilməsi zərurətini yaratdığını qeyd edib.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Latviyanın sabiq Baş naziri Laimdota Straujuma, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çetin, Oksford Tədqiqatları Qrupunun təsisçisi Scilla Elvorthi, Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Likhotal, Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi, Beynəlxalq və Avropa Məsələləri İnstitutunun üzvü, səfir Frankis O Donnel mövzu ilə bağlı fikirlərini bildiriblər.

Forum çərçivəsində keçirilən sonuncu panellərdən biri isə “Qara dəniz-Baltik dənizi təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət planına doğru” mövzusuna həsr olunub. İclasın moderatoru – Rusiya Federasiyasının sabiq Dövlət katibi, Baş nazirin müavini Gennadi Burbulis Bakı Forumunun dünyanı düşündürən mühüm məsələləri müzakirə etmək və gələcəyə baxış üçün əlverişli platforma olduğunu deyib. Bildirib ki, Forumda müzakirə edilən mövzular bu gün dünyanın qarşılaşdığı ən mühüm problemləri və baş verən prosesləri əhatə edir.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov qeyd edib ki, Qara dəniz-Baltik dənizi ətrafı ölkələrdə hazırda müəyyən problemlər qarşıya çıxır və bu regionda təhlükəsizliyin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Ona görə də həmin regionda təhlükəsizlik icmasının yaradılması aktualdır və bu prosesdə müəyyən irəliləyişlər müşahidə olunur.

Moldovanın sabiq Prezidenti Petru Luçinski deyib ki, Avropanın müəyyən regionlarında təhlükəsizlik icmalarının yaradılması nəinki qitə ölkələri üçün, ümumilikdə dünyada baş verən proseslər fonunda mühüm əhəmiyyətə malikdir. Çünki bu, çox aktual və vacib məsələdir.

Latviyanın sabiq Prezidenti Valdis Zatlers isə qeyd edib ki, Bakı Forumunda belə bir məsələnin müzakirəsi təqdirəlayiqdir. Çünki Forumda Qara dəniz-Baltik dənizi regionu ölkələri daha çox təmsil olunur. “Düşünürəm ki, həmin ölkələr regionda təhlükəsizlik icmasının yaradılması və fəaliyyət planının inkişaf etdirilməsi üzrə səylərini artıracaqlar”, – deyə Valdis Zatlers qeyd edib.

Paneldə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Bununla da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Bakı Forumu çərçivəsində müzakirələr başa çatıb.





2017-04-20 |
2017-04-19 |
2017-04-19 |
2017-04-17 |
2017-04-11 |
2017-04-11 |
2017-04-11 |
2017-04-07 |
2017-04-06 |
2017-04-06 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved