• Azərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşübAzərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşüb
  • Malta Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edibMalta Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib
  • Rusiyanın Rusiyanın "Soyuz natsionalnostey" jurnalında Azərbaycan diasporu fəalının məqaləsi dərc edilib
  • Azərbaycanın muğam triosu Azərbaycanın muğam triosu "Al Kamancati" festivalında
  • Xaricdəki soydaşlarımızın əsəri Bakıda səhnələşdirilibXaricdəki soydaşlarımızın əsəri Bakıda səhnələşdirilib


Xəbərlər


Azərbaycanın muğam triosu "Al Kamancati" festivalında
2017-04-17 | 16:47 |

Azərbaycanın muğam triosu

Fələstində keçirilən “Al Kamancati” musiqi festivalında Azərbaycanın muğam triosu da iştirak edir. Əməkdar artistlər Elşən Mansurov (tar) və Ələkbər Ələkbərovun (kamança) müşayiəti ilə xanəndə Kamilə Nəbiyeva məlahətli səsi ilə festival iştirakçılarının qəlbini fəth edib. Muğam triosunun Arrabah, Hebron və Al Dahriyyənin qədim məbəd və qəsrlərində təşkil edilmiş konsertləri tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Al Dahriyyədə konsert yalnız uşaqlar üçün təşkil olunub.

Konsertlərdən əvvəl musiqiçilərimizi müşayiət edən Aytən Muradova tamaşaçılara milli musiqimiz, musiqi alətlərimiz - tar, kamança haqqında ətraflı məlumat verib.

Muğam triosunu “Al Kamancati” festivalının təsisçisi Ramzi Aburedvan dəvət edib. O, milli musiqimizlə bir neçə il əvvəl Fez festivalında tanış olub.

Dünyanın ənənəvi musiqilərini Fələstin torpağında bir araya gətirən “Al Kamancati” festivalı aprelin 23-də Yerusəlimdə başa çatacaq.

AZƏRTAC






2017-04-20 |
2017-04-19 |
2017-04-19 |
2017-04-17 |
2017-04-11 |
2017-04-11 |
2017-04-11 |
2017-04-07 |
2017-04-06 |
2017-04-06 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved