• Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.
  • Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilibBorçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşüb
  • Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşübFuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilibMisirdə Ramazan ayı münasibətilə tədbir keçirilib


Xəbərlər


Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək
2017-07-07 | 13:29 |

Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək

 Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah saat 16:00-dən 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.

Cəmiyyət Hannoverdə, eləcə də yaxın şəhərlərdə yaşayan soydaşlarımızdan Azərbaycanın haqq səsinin dünyaya duyurmaq üçün aksiyaya qoşulmağa və fəallıq nümayiş etdirməyə çağırıb: “Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi vəhşilik, insanlığa sığmayan bir faciə, hamımızı çox təsirləndirdi, ürəyimizdə silinməz yaralar buraxdı. Bütün dünya üzrə fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatları kimi AFR-in Aşağı Saksoniya vilayətindəki Azərbaycan diasporu da baş vermiş son hadisələrlə bağlı etiraz aksiyası keçirməyə qərar verib. Xahiş edirik hamımız bir nəfər kimi bu akisyada iştirak edək, öz etiraz səsimizi ucaldaq və alman ictimaiyyətinə çatdıraq! Hamılıqla mitinqə! Biz Səni də gözləyirik! Güc birlikdədir!”

Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək, Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılacaq. 





2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved