• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Azərbaycanlı gənclər Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib
2017-07-07 | 14:22 |

Azərbaycanlı gənclər Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib

  Gürcüstanın ali təhsil ocaqlarında oxuyan bir qrup tələbə və fəal gənclər Ermənsitan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində törətdiyi təxribatlar, xüsusilə də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc insanların - qadın və uşağın öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.

Azərbaycanlı tələbə-gənclər metronun Marcanaşvili stansiyasının qarşısından Ermənistanın Tbilisidəki səfirliyinə qədər yürüş ediblər. Onlar "Qafqazda sülh olsun!", "Ermənistan, işğalçılıq siyasətinə son qoy!", "Azərbaycanın və Gürcüstanın torpaqları azad edilsin!", "Reginda sülh, dünyada sülh!" şüarları səsləndiriblər. Azərbaycanlı tələbələrin hazırladıqığı etiraz bəyanatı Ermənistan səfirliyinə təqdim olunub.

Sonra aksiya ATƏT-in Tbilisidəki regional ofisinin qarşısında davam edib. Gənclər, numayəndəliyə də etiraz bəyanatı təqdim ediblər.

Aksiyada iştirak edən Lali Natidze bildirib ki, gürcü ictimaiyyəti də bu cür vəhşiliklərə biganə qala bilmir: "Ona gorə də gürcülər də bu aksiyaya qoşulub və azərbaycanlıların haqq səsini müdafiə edirlər".

         





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved