• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


"News From Israel" portalında Ermənistanın növbəti təxribatı ilə bağlı ekspert Arye Qutun müsahibəsi yayımlanıb
2017-07-07 | 17:00 |

 İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatı ilə bağlı "News From İsrael" portalına müsahibə verib. 

A.Qut müsahibəsində bildirib ki, iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş dəhşətli insanlıq faciəsindən sonra təmas xəttindəki məsuliyyət bütünlüklə Serj Sarkisyanın cinayətkar rejiminin üzərinə düşür. Ermənistanın mövcud cinayətkar klanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasında maraqlıdır.

“Cəbhə bölgəsində baş verən son hadisələr bir daha onu göstərir ki,  işğalçı ölkə Ermənistan sülhün əldə edilməsində maraqlı deyil. Antiazərbaycançılıq, antisemitizm, şovinizm, millətçilik Ermənistan siyasətinin tərkib hissəsidir. Belə olan halda, sülhdən danışmaq mümkün deyil. Sarkisyan və onun rüşvətxor, separatçılardan ibarət dəstəsi Azərbaycan torpaqlarını işğalını davam etdirməklə öz hakimiyyətlərini qoruyub saxlamağa çalışırlar”, - deyə  israilli ekspert qeyd edib.

A.Qut bildirib ki, 18 aylıq Zəhra Quliyeva və onun nənəsi müasir erməni terrorçuluğunun və faşizminin qurbanları olub. Bu, Dağlıq Qarabağ münaqişəsi tarixində Ermənistan tərəfindən qadın və körpələrin qətlə yetirilməsi ilə bağlı ilk fakt deyil. Xocalı faciəsi hamıya yaxşı məlumdur”, - deyə  bildirib. 
 




2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved