• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi mətbuat açıqlaması yayıb
2017-07-07 | 17:15 |

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi mətbuat açıqlaması yayıb

 İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi  Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki şəxslərin öldürülməsi ilə bağlı mətbuat açıqlaması verib. 

Açıqlamada Ermənistan dövlətinin Xocalı faciəsi da daxil olmaqla bir çox qanlı təxribatlar törətdiyini qeyd edib və bildirib ki, bu faciə Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini ortaya qoyur. Mətbuat açıqlamasında Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-ü Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində  1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi qəti şəkildə pislənib, Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin regionda sabitliyə mənfi təsir etdiyi vurğulanıb. 

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi  dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb.
 




2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved