• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Acariyadakı Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin təxribatlarını qətiyyətlə pisləyir
2017-07-07 | 18:13 |

 Acariyadakı Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin təxribatlarını qətiyyətlə pisləyir

 Azərbaycanın Batumidəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Acariyada yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsindən ciddi narahatdırlar.

Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı bəyanat yayıb.

Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanın qərbində, Acarıstan Muxtar Respublikasında yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu bildirilir.

Bəyanatda deyilir: “Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönələn artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmir. Əksinə, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə BMT-nin, 1949-cu il Cenevrə konvensiyalarının, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir”.

Bəyanatda qeyd olunur ki, Acariyada yaşayan azərbaycanlılar Azərbaycan dövlətinin, Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti dəstəkləyir və daim tarixi Vətənləri Azərbaycanla bir yerdədirlər.

Bəyanat gürcü mətbuatında da geniş işıqlandırlıb. “Adjara” PS qəzeti məlum hadisələrlə bağlı məlumat dərc edib.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved