• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


BMT-nin mənzil-qərargahı qarşısında Ermənistan ordusunun iki Azərbaycan mülki şəxsini öldürməsini pisləyən etiraz aksiyası keçirilib
2017-07-08 | 11:08 |

BMT-nin mənzil-qərargahı qarşısında Ermənistan ordusunun iki Azərbaycan mülki şəxsini öldürməsini pisləyən etiraz aksiyası keçirilib

İyulun 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar iyulun 7-də BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndiliyi tərəfindən təşkil edilən aksiyada Nyu York şəhərində fəaliyyət göstərən "Azerbaijan New York Association", "Azerbaijani American Women Association of New York" və digər təşkilatların fəalları iştirak ediblər.

Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən, habelə azyaşlı Z.Quliyevanın cəsədinin mediada yayılmış fotoşəkillərdən ibarət transparantları ətrafda yığılan əcnəbi diplomatlara nümayiş etdirilib, “Mən Zəhrayam!”, “Zəhraya ədalət!”, “Erməni terrorunu qınayın”, “Ermənistan uşaq qatilidir!”, “Ermənistan soyqırımı günahkarıdır!” şüarlarını səsləndiriblər. Aksiyada hadisə ilə bağlı əcnəbilərə bukletlər paylanılıb, ətraflı məlumat verilib, çıxışlar edilib.

Vaşinqton, 8 iyul, AZƏRTAC





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved