• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Münhendə etiraz aksiyası keçirilib
2017-07-08 | 14:57 |

Münhendə etiraz aksiyası keçirilib

İyulun 7-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz olaraq, Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib.

Aksiyadan öncə azərbaycanlı və türk icmasının nümayəndələri Münhenin mərkəzi məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin çağırışına uyğun olaraq cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların şəninə Quran oxuyub, ruhları üçün dualar ediblər.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Bavariya Türk Dərnəkləri Federasiyası birgə təşkilatçılığı ilə şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılıb. Aksiyada çıxış edən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimov və  Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar. Qeyd edək ki, aksiya Almaniyada nəşr olunan türkdilli qəzetlər tərəfindən də geniş işıqlandırılıb.

Aksiyanın sonunda Münhen şəhərinin azərbaycanlı və türk icması adında beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə dünya birliyindən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün qəti tədbirlər görülməsi tələb edlib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağından narahatlıq ifadə olunub.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved