• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


"Yerusəlim Post" qəzetində Ermənistanın növbəti təxribatı ilə bağlı İsrailli ekspert Arye Qutun məqaləsi dərc edilib
2017-07-08 | 15:08 |

İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun İsrailin “Yerusəlim Post” qəzetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki gərginlik: Azərbaycanlı qız və nənəsi - erməni vəhşiliyinin qurbanı kimi”  adlı məqaləsi dərc edilib.

Məqalədə 4 iyul 2017-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı qeyd edilib.
“Azərbaycanlı körpə və onun yaşlı nənəsinin öldürülməsi bir daha Ermənistanın terrorçu və işğalçılıq siyasətini açıq şəkildə nümayiş etdirir. Sarkisyanın təcavüzkar siyasətinə bəraət qazandıran çıxışlarından da bəlli olur ki,  o məsuliyyətsizdir  və uzaqgörən siyasətçi deyil”-deyə məqalədə qeyd edilib.

İsrailli ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçi rol oynayan ATƏT-in münaqişənin sülh yolu ilə həlli istiqamətindəki fəaliyyətinə toxunub, münaqişəylə bağlı BMT TŞ-nin 4 qətnaməsinə Ermənistan tərəfinin əməl etmədiyini vurğulayıb. Məqalədə, həmçinin 2016-cı il aprel ayında cəbhə xəttində Ermənistan ordusunun təxribatı haqda məlumat verilib və bildirilib ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu cür əməllərlə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini ortaya qoyur.

“Ermənistan siyasi daairələri münaqişənin həllində maraqlı deyillər. Cəbhə bölgəsində baş vermiş son qanlı hadisə bir daha onu göstərir ki, status-kvonun dəyişdirilməsi labüddür. Dünya birliyi günahsız insanların ölümünə göz yummamalıdır. Beynəlxalq birlik Zəhra üçün ədalət tələb etməlidir”-deyə məqalənin sonunda bildirilir.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved