• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


Azərbaycanlılar Berlində etiraz aksiyası keçirdi
2017-07-08 | 19:10 |

Azərbaycanlılar Berlində etiraz aksiyası keçirdi

Berlin Azərbaycan Evinin və Azərbaycanlı Tələbələr və Elmi İşçiləri Birliyinin təşkilatçılığı ilə Berlin şəhərinin Branderburq qapıları meydanında Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar piket keçirib.

Aksiyada Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar atmağı tələb edilib. Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində  1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayan soydaşlarımız Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməsinin zəruriliyini vurğulayıblar.

Aksiya iştirakçıları dünya azərbaycanlılarının torpaqların işğaldan azad olunması üçün Azərbaycan dövlətinin atdığı bütün addımları dəstəklədiyini ifadə ediblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda davamlı sülhün və sabitliyin təmin olunmasının yeganə yoludur.

Piketin sonunda iştirakçılar adından dünya ictimaiyyətinə ünvanlanmış müraciət qəbul olunub.

 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved