• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Özbəkistandaki Azərbaycan Milli Mədəniyyət Mərkəzi ermənilərin Alxanlı kəndindəki təxribatları ilə bağlı bəyanat yayıb
2017-07-10 | 10:36 |

Özbəkistandaki Azərbaycan Milli Mədəniyyət Mərkəzi ermənilərin Alxanlı kəndindəki təxribatları ilə bağlı bəyanat yayıb

Özbəkistandaki Azərbaycan Milli Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan azərbaycanlılar adından Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndindəki təxribatları ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Parlamentinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıb.

Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı bütün dünyada yaşayan azərbaycanlılar kimi Özbəkistandakı azərbaycanlıları da dərindən sarsıdıb.

Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra qətlə yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb.

Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.

Bəyanatda beynəlxalq qurumlar təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırılır.

“Biz bu ağır və çətin günlərdə sonsuz kədər və hiddətimizi ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bəyan edirik ki, Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəkləyirik. Əminik ki, Azərbaycan dövləti bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün bütün zəruri tədbirləri görəcək.

Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”,-deyə bəyanatda vurğulanır.

Daşkənd, 10 iyul AZƏRTAC 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved