• Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.
  • Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilibBorçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşüb
  • Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşübFuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilibMisirdə Ramazan ayı münasibətilə tədbir keçirilib


Xəbərlər


Avropa Azərbaycan Cəmiyyətinin fəalları Londonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
2017-07-10 | 16:18 |

Avropa Azərbaycan Cəmiyyətinin fəalları Londonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində dinc sakinlərin qətlə yetirilməsinə etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 8-də iki yaşlı Zəhranın qanlı cəsədini nümayiş etdirən fotoşəkillərini yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə beş əzilən və qana bulaşan müqəvva yerləşdiriblər.

Bu rəmzi aksiyanı diaspora üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinləri - iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin qətlə yetirilməsi ilə əlaqələndiriblər.

Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 Avqust 1949-cu il tarixdə qəbul olunan “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

Ermənilərin mənfurcasına törətdikləri bu vəhşilik Böyük Britaniyanın, Fransanın, Belçikanın qanunverici orqanlarının və Avropa Parlamentinin üzvləri, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların siyasətçiləri tərəfindən pislənib.

Bu insan faciəsi Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinin və erməni qoşunlarının münaqişə ərazisindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini bir daha göstərir.

Bakı, 10 iyul, AZƏRTAC

 

 





2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved