• Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.
  • Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilibBorçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşüb
  • Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşübFuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilibMisirdə Ramazan ayı münasibətilə tədbir keçirilib


Xəbərlər


İtaliyanın italianinsider.it saytında Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı məqalə dərc olunub
2017-07-10 | 16:24 |

İtaliyanın italianinsider.it saytında Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı məqalə dərc olunub

Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədovun İtaliyanın italianinsider.it saytında Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edən “Beynəlxalq təşkilatlar körpələrin ölümünə səssiz qalmamalıdır” adlı məqaləsi dərc edilib.

Məqalədə qeyd edilir ki, bu gün dünya birliyinin başı Suriyaya qarışdığından digər münaqişə ocaqları pərdə arxasında qalır. Belə münaqişələrdən birinin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin olduğu qeyd edilib və bildirilib ki,  bu münaqişə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsi kimi meydana çıxıb.

“25 il davam edən təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyon insan məcburi köçkünə çevrilib. 1994-cü ildə atəşkəs əldə olunsa da, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq, Azərbaycanın mülki vətəndaşlarına hücum edir. Atəşkəs zamanı 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb.  2017-ci il iyul ayının 4-də Ermənistan Silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra da erməni terrorunun növbəti qurbanı oldu”-, deyə məqalədə bildirilir.

Məqalənin sonunda bildirilir: “Əgər beynəlxalq təşkilatlar, Avropa dövlətləri bu məsələyə biganə qalacaqlarsa, deməli təhlükə davam edəcək. Bölgə təhdid altında qalacaq, nəticədə körpələr qətlə yetirilməkdə davam edəcək”.





2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved