• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib
2017-07-11 | 10:54 |

İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib

İsveç Azərbaycanlıları Konqresi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi 50 yaşlı Sahibə Allahverdiyevanın həlak olması ilə bağlı İsveç Krallığının Resytaqına, parlament üzvlərinə, Baş nazirə, Xarici İşlər Departamentinə, jurnalistlər birliyi olan – Svenska Pen təşkilatına məktub ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı uşaq olmaqla 2 dinc sakinin həlak olması və daha birinin yaralanması faktı məktubda geniş qeyd olunub. Bununla yanaşı, məktubda bildirilib ki, Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənməyən Ermənistan dövləti müxtəlif təxribatlar törədərək beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Sonda isə İsveç Krallığının qanunverici və icraedici orqanlarından baş verən hadisəyə obyektiv qiymət verilməsi və rəy bildirilməsi xahiş olunub.

İsveç Azərbaycanlıları Konqresi Alxanlı kəndində törədilən hərbi təxribata etiraz olaraq Ermənistanın bu ölkədəki səfirliyinə də etiraz məktubu ünvanlayıb.

Məktubda deyilir: “Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində kəndin dinc sakinləri qətlə yetirilib. Biz-İsveç Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan azərbaycanlılar adından günahsız dinc əhaliyə qarşı törədilən bu cinayət aktına etirazımı bildiririk”.

Sonda isə vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı vandalizm aktıdır və bu, bir daha Ermənistan dövlətinin terrorçu mahiyyətini təsdiqləyir.

Bakı, 10 iyul, AZƏRTAC

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved