• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Moldova azərbaycanlıları Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib
2017-07-11 | 12:05 |

Moldova azərbaycanlıları Ermənistan səfirliyi qarşısında  etiraz aksiyası keçirib

İyulun 10-da Moldova Azərbaycanlıları Konqresi və Konqresin Gənclər təşkilatının nümayəndələri Kişinyov şəhərinin mərkəzində və Ermənistanın Moldovadakı səfirliyinin qarşısında aksiya keçiriblər.

Moldovada yaşayan türk və qaqauz ictimai təşkilatlarının nümayəndələrinin də qatıldığı aksiya Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərə etiraz məqsədilə təşkil edilib.

Aksiyada Ermənistan ordusunun işğalçı siyasətini nümayiş etdirən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistan səfirliyinin binası qarşısında, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş 2 yaşlı körpə Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın şəkillərini nümayiş etdirib, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriblər.

Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

 

 

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved