• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


Nant şəhərində yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət göndərib
2017-07-11 | 12:52 |

Nant şəhərində yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət göndərib

Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar tərəfindən Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribata etiraz əlaməti olaraq toplantı keçirilib.  

Toplantıdan öncə tədbir iştirakçıları məsciddə 4 iyul erməni təxribatı   qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların şəninə Quran oxuyub, ruhları üçün dualar ediblər.

Nant şəhərində yerləşən Türk mədəniyyət mərkəzində keçirilən toplantıda Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində mülki şəxslərin həlak olmasının Fransada yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu vurğulanıb və  bildirilib ki, bu hadisə işğalçı Ermənistanın beynəlxalq hüququ, insan haqlarını kobud şəkildə pozmasını bir daha nümayiş etdirir.

Tədbirin sonunda baş vermiş hadisə ilə əlaqədar Fransada yaşayan azərbaycanlılar adından müraciət qəbul edilib. Müraciət İnsan Hüquqları komitəsinə, BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə,  ATƏT- in Minsk Qrupunun həmsədrlərinə  və Avropa Parlamentinə göndərilib.

Müraciətdə beynəlxalq birlikdən işğalçı Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunması tələb edilib.

 

 

 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved