• Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.
  • Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilibBorçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşüb
  • Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşübFuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilibMisirdə Ramazan ayı münasibətilə tədbir keçirilib


Xəbərlər


Haaqada azərbaycanlıların etiraz aksiyası keçirilib
2017-07-12 | 09:38 |

Haaqada azərbaycanlıların etiraz aksiyası keçirilib

 

İyulun 11-də Niderland Krallığında yaşayan azərbaycanlılar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndində törətdikləri təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

"EuroAzNL" cəmiyyətinin təşkilatçılığı ilə Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında keçirilən aksiyada diaspor təşkilatlarının nümayəndələri, Niderlandda yaşayan soydaşlarımız iştirak edib. Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndirilib.

Tədbirdə çıxış edən "EuroAzNL" cəmiyyətinin sədri Emil Əliyev dinc sakinlərin qətlə yetirilməsinin insanlığa qarşı cinayət olduğunu vurğulayıb və bu cinayətin müəlliflərinin ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu bildirib.

Aksiya iştirakçıları dünya birliyini Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin həyatını itirməsi ilə nəticələnən təxribatlarına münasibət bildirməyə çağırıblar.  


 

 





2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved