• Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub
  • Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edibKonstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib
  • Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal HacıyevdənAzərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyevdən
  • Polşanın Varşava şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla KazımovadanPolşanın Varşava şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımovadan


Xəbərlər


"Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Azərbaycan dilinin tədrisinə başlayıb.
2017-07-13 | 11:00 |

Misir Ərəb Respublikasında (MƏR) fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb.
Bu barədə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov məlumat verib.
Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin də təbliğinin nəzərdə tutulduğunu bildirən S. Nəsirov dərslərin həftədə 2 dəfə keçiriləcəyini və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms Universitetlərinin məzunlarının iştirak edəcəyini qeyd edib.
S. Nəsirov 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının MƏR-dəki Səfirliyinin dəstəyi ilə Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldığını, bunun Misirin digər qabaqcıl ali təhsil müəssisələrində də təşkil ediləcəyini bildirib.
Birliyin sədri bu təşəbbüsün 3-4 iyun 2016-cı il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların, yetişən gənc nəslin Azərbaycana bağlı böyüməsi, Azərbaycan dilini bilməsi üçün xarici ölkələrdə həftəsonu məktəblərinin sayını artırmaq, inkişaf etdirməyin vacibliyi ilə bağlı tövsiyəsinə uyğun həyata keçirildiyini qeyd edib.
 





2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-13 |
2018-04-12 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved