• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
2017-07-20 | 11:36 |

Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib

Azərbaycanın Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2017-ci ilin 17-19 iyul tarixlərində BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk Könüllü Milli İcmalının təqdim edilməsi məqsədilə ABŞ-ın Nyu-York şəhərində rəsmi səfər edib.

Nümayəndə heyətinin tərkibində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov, parlamentin üzvü Məlahət İbrahimqızı, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev və İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təmsil olunub.

BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın ilk Könüllü Milli İcmalı Azərbaycan Respublikasının Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədov tərəfindən təqdim edilib. Təqdimatda Azərbaycanın İnkişaf Gündəliyində Dayanıqlı İnkişaf Məsələləri, Minilliyin İnkişaf Məqsədlərində əlda olunan nailiyyətlər, DİM-lərin milli prioritetlərə uyğunlaşdırılması prosesi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirləri, Azərbaycanın ilk Könüllü Milli İcmalı və gələcək addımlar barəsində geniş məlumat verilib.

Eyni zamanda, çıxışı zamanı Əli Əhmədov davamlı sülhün, təhlükəsizliyin, sabitlik və sosial həmrəyliyin dayanıqlı inkişaf üçün əsas şərtlərdən olduğunu və “heç kimi geridə buraxmamaq” prinsipinə əsaslanaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün regionda hər hansı əhəmiyyətli tərəqqiyə malik olmağa imkan verməməsi barədə məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin sentyabrın 25–27 tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş və 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli 1066 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. 

Vaşinqton, 20 iyul, AZƏRTAC





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved