• Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.
  • Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilibBorçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşüb
  • Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşübFuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilibMisirdə Ramazan ayı münasibətilə tədbir keçirilib


Xəbərlər


Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
2017-07-25 | 10:37 |

Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib

Azərbaycanlı gənc Səttar Qəmbərov Ağdamın işğalı ilə əlaqədar Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Aksiyaya Azərbaycan bayrağı və “Biz azərbaycanlıyıq", "Qarabağ bizim vətənimizdir", "Əlinizi Qarabağdan çəkin” yazılan plakatlarla çıxan soydaşımız  Ermənistanın cinayətkar rəhbərliyinin iç üzünü Rusiya ictimaiyyətinə göstərmək istədiyini bildirib: “Bu gün Azərbaycanın ayrılmaz hissəsi Ağdamın işğalı günüdür. Rusiya əhalisi bu işğalı həyata keçirən Ermənistanın uşaq qatili olduğunu bilməlidir. Rusiyada yaşayan bütün azərbaycanlı gənclər mənimlə həmfikirdir. Erməni terroruna son qoyulmalıdır. Uşaq qatili olan Ermənistan rəhbərliyi cəzalandırılmalıdır. İşğalçı erməni ordusu Ağdamdan və digər işğal olunan torpaqlarımızdan çıxmalıdır”.

Qeyd edək ki bu, S.Qəmbərovun təkbaşına keçirdiyi ikinci etiraz aksiyasıdır. Soydaşımız bir müddət öncə Füzulinin Alxanlı kəndində Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi nəticəsində iki yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsinə etiraz olaraq Ermənistanın Rusiyadakı səfirliyi qarşısında təkbaşına  aksiya keçirmişdi. 





2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved