•  Qlobal Gənc Liderlər Forumu işini panel iclaslarla davam etdirib Qlobal Gənc Liderlər Forumu işini panel iclaslarla davam etdirib
  • Sabiq Prezident Petar Stoyanov: Azərbaycan çox gözəl, nadir və tolerant ölkədirSabiq Prezident Petar Stoyanov: Azərbaycan çox gözəl, nadir və tolerant ölkədir
  • Qlobal Gənc Liderlər Forumunun ikinci iş günündə qadın və kişi liderliyi mövzusu müzakirə edilibQlobal Gənc Liderlər Forumunun ikinci iş günündə qadın və kişi liderliyi mövzusu müzakirə edilib
  •  Svati Sureka: Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər Svati Sureka: Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər
  • Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edibPrezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib


Xəbərlər


Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
2017-07-26 | 14:38 |

Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir

 

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda “dəyirmi masa” keçirilib.

Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyi və Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) gənclər şöbəsinin birgə təşkil etdiyi tədbirdə hər iki ölkənin gənclər təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbiri açaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin qədim tarixindən danışıb, gənclər təşkilatları arasında münasibətlərin genişlənməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxışında iki ölkə arasında genişlənən əməkdaşlıqdan söz açıb. Bildirib ki, xalqlarımız arasında əsrlərdən bəri davam edən isti münasibətlər bir çox ölkələr üçün örnəkdir.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azərbaycan İnsan Haqları və Demokratiya İnstitutunun rəhbəri Əhməd Şahidov “dəyirmi masa” iştirakçılarına dövlətimizin gənclər siyasəti barədə məlumat veriblər.

Qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafında gənclər təşkilatlarının üzərinə böyük yük düşür. Bu təşkilatlar arasında körpü rolu oynayacaq layihələrə ehtiyac var. Hər iki xalqın mədəniyyətinin, tarixinin və həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə addımların atılması zəruridir.

AMM gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva diqqətə çatdırıb ki, mədəniyyətlərarası dialoq və gənclərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir çox işlər görülür, layihələr reallaşdırılır. Bütün bunlar dostluq münasibətlərinin daha da genişlənməsində mühüm rol oynayacaq.

Gürcü ictimaiyyətinin nümayəndəsi, professor Simon Kopadze, ictimai xadim Vasili Papava, Kvemo Kartli-Borçalı quberniyasının nümayəndəsi Anar Süleymanov ikitərəfli əlaqələrin inkişafı istiqamətində görüləcək işlərdən danışıb, təkliflər səsləndiriblər.

 

 

 





2017-08-22 |
2017-08-22 |
2017-08-22 |
2017-08-22 |
2017-08-21 |
2017-08-21 |
2017-08-21 |
2017-08-21 |
2017-08-21 |
2017-08-21 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved