• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Ukrayna Prezidenti azərbaycanlı heykəltəraşı dövlət mükafatı ilə təltif edib
2017-08-26 | 09:34 |

Ukrayna Prezidenti azərbaycanlı heykəltəraşı dövlət mükafatı ilə təltif edib

 Ukrayna Prezidenti Pyotr Poroşenko ölkənin tanınmış ictimai-siyasi xadimlərinin mükafatlandırılması barədə Fərman imzalayıb.

Ukraynanın dövlət quruculuğu, sosial, elm və texnologiya, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrinin inkişafına, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək xidmətlərinə görə mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov da var. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb.

S.Qurbanov AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, ona verilən mükafat Azərbaycan dövlətinə, xalqına olan münasibətdən qaynaqlanır: “Ukraynada çalışdığım dövrdən həmişə Azərbaycanın adını uca tutmuşam və bundan sonra da uca tutacağam”.

Qeyd edək ki, S.Qurbanov 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır, Azərbaycanın və xarici ölkələrin çoxsaylı təltiflərinə, o cümlədən “Tərəqqi” medalına layiq görülüb.

 

AZƏRTAC





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved