• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Lobbi maraqlarının sifarişçisi olan təşkilatın Azərbaycana qarşı kampaniyasını soydaşlarımız etirazla qarşılayıblar
2017-09-08 | 10:28 |

Lobbi maraqlarının sifarişçisi olan təşkilatın Azərbaycana qarşı kampaniyasını soydaşlarımız etirazla qarşılayıblar

Lobbi maraqlarının sifarişçisi olan təşkilatın Azərbaycana qarşı kampaniyasını soydaşlarımız etirazla qarşılayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyası “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” (OCCRP) layihəsinin “hesabatı” ilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda qeyd edilir ki, beynəlxalq hüququ, bütün beynəlxalq təşkilatların qətnamə, qərar, bəyanatlarını ayaqlar altına atan işğalçı Ermənistan hakimiyyətini müxtəlif adlar altında qorumağa çalışan bəzi qüvvələr hədəfi saptırmağa, diqqəti digər istiqamətlərə yönəltməyə cəhdlər edirlər. Avropadakı soydaşlarımız hesab edirlər ki, OCCRP adlanan təşkilatın növbəti addımının da məhz bu səylərin tərkib hissəsi olduğunu hazırlanan bu tipli “araşdırma”lardan görməmək mümkün deyil. Assambleya üzvlərinin fikrincə, bu gün Arakanda dünyanın gözü önündə insanlıq dramı yaşanırkən, Yəməndə, Somalidə insanlar su, qida, tibbi ehtiyaclarını qarşılaya bilmədiyindən fəlakətlə üz-üzəykən, Suriya, İraq, Əfqanıstanda günahsız sivil insanlar qətl edilirkən, dünyanın gözü qarşısında Dağlıq Qarabağ problemi kimi haqsızlıq varkən müxtəlif qurumların bu tipli “araşdırma”larının məqsədi aydındır: “Bu tip “araşdırma”ların erməni lobbisi tərəfindən idarə olunduğunu sadə bir faktla sübut etmək mümkündür. Təsadüfi deyil ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir, eyni zamanda, “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasında Dina Naqapetyan adlı erməni əsilli şəxs də var”.

Diaspor təşkilatı hesab edir ki, bu cür qərəzli kampaniyalar Azərbaycanı öz prinsipial mövqeyindən çəkindirməyəcək: “Özlərini demokrat, ədalət carçısı, hüquq müdafiəçisi elan edən bəzi dövlətlərin alovlandırdığı, Tunis, Misir, Liviya, Suriya, İraq, Əfqanıstan və bir çox ölkələrdə bərqərar etdikləri “demokratiya” sizlərə dərs olmadımı?! Unutmaq lazım deyil ki, bu “yazı” çap olunan ölkələrdən birinin (Danimarka) mətbu orqanları bir neçə il öncə milyonlarla inanclı insanların sevgi və hörmət bəslədiyi Məhəmməd peyğəmbəri təhqir etməkdən, inanclı insanların hissiyyatı ilə oynamaqdan belə çəkinməmişdilər. Bununla bağlı yüz minlərlə insan etiraz etsə də yazıların müəllifləri “söz azadlığı” pərdəsi altında dəstəklənmişdilər.

Diaspor təşkilatı hansısa qaranlıq dairələr tərəfindən maliyyələşdirilən bu cür qurumların “araşdırmasını” mənfur erməni lobbisinin növbəti gedişi hesab etdiyini vurğulayıb. “Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar adından narahatlığını bildirərək bəyan edirik ki, bu təşkilatla bağlı araşdırmalara başlayıb belə addımların əsl sifarişçilərini ortaya çıxaracağıq”, - deyə bəyanatda bildirilir.

Bakı, 7 sentyabr, AZƏRTAC 

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved