• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Belarus azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
2017-09-12 | 11:48 |

Belarus azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib

 Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresi xarici mediada Azərbaycan haqqinda yayılmış materallarla bağlı bəyanat yayaraq narahatlığını və etirazını bildirib. Bəyanatda qeyd edilir ki, “The Organized Crime and Corruption Reporting Project” təşkilatının hesabatı əsasında Azərbaycanın əleyhinə hazırlanmış və ” Washington Post”, “The Guardian”, eləcə də digər Avropa qəzetlərində dərc olunmuş yazılar qərəzli xarakter daşıyır.

“Məlumdur ki, bu yazıların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı çıxan beynəlxalq aləmdə fırıldaqçı, yalançı, saxtakar imici ilə tanınmış Corc Soros və onunla birgə fəaliyyət göstərən, Azərbaycan əleyhinə çirkin kampaniya aparan erməni lobbisi dayanır” – bəyanatda belə deyilir.

Bəyanatda daha sonra deyilir ki, Azərbaycan əleyhinə olan bu qüvvələrin cəhdləri heç bir nəticə verməyib: ““The Guardian” qəzetindəki məqalənin müəlliflərindən birinin erməni Dina Naqapetyan olması bir daha bu iftiraların ermənipərəst qüvvələrin növbəti iyrənc əməli olduğunu sübut edir”.

Belarus azərbaycanlıları icması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəklədiyini bəyan edərək bildirir ki, ölkəmizin uğurlarını beynəlxalq aləmdə kiçiltməyə çalışan siyasi qüvvələrlə mübarizədə səylərini əsirgəməyəcəklər.

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved