• Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub
  • Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edibKonstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib
  • Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal HacıyevdənAzərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyevdən
  • Polşanın Varşava şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla KazımovadanPolşanın Varşava şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımovadan


Xəbərlər


Azərbaycan diaspor təşkilatı festivalda təmsil olunub
2017-09-12 | 12:02 |

Azərbaycan diaspor təşkilatı festivalda təmsil olunub

 Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Derince Azərbaycan Evi Dərnəyi Türkiyənin Bilecik rayonunun Söğüt qəsəbəsində Ərtoğrul Qazini anma və Yörük festivalında iştirak edib.

 Üç gün davam edən festivala Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, yerli icra orqanlarının rəhbərləri, millət vəkilləri,  siyasət, mədəniyyət xadimləri, KİV nümayəndələri və digər qonaqlar qatılıb.

Festivalın ziyarətçiləri üçün qurulmuş TADEF-in çadırında təşkilatın mətbu orqanı olan “Azərbaycanın Səsi” jurnalı təqdim edilib, Derince Azərbaycan Evinin rəhbəri Volkan Aydemir federasiyanın fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı məlumat verib. Festivalda Derince Azərbaycan Evi Dərnəyinin folklor qrupunun çıxışı da təşkil olunub.

TADEF çadırını ziyarət edən Vali Tahir Büyükakın, Türkiyə Səhiyyə Nazirliyinin Dövlət Xəstəxanaları İdarəsinin rəhbəri Hasan Aydınlık və digər rəsmi şəxslərə təşkilatın fəaliyyəti ilə əlaqədar geniş məlumat verilib. Çadırı ziyarət edənlər arasında Türkiyədə yayımlanan “Diriliş Ertoğrul” və “Fatih” filmlərinin aktyorları da olub.





2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-13 |
2018-04-12 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved