• Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür


Xəbərlər


Niderland Krallığında yaşayan soydaşlarımız etiraz bəyanat ilə çıxış ediblər
2017-09-12 | 14:46 |

Niderland Krallığında yaşayan soydaşlarımız etiraz bəyanat ilə çıxış ediblər

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və “Odlar yurdu” cəmiyyəti bəzi xarici kütləvi informasiya vasitələrində, o cümlədən “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə yazıların dərc olunmasını pisləyən bəyanatla çıxış ediblər. Ayrı-ayrılıqda bəyanat yayan hər iki təşkilat hesab edir ki, bu yazılar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının və informasiya müharibəsinin tərkib hissəsidir və məqsəd Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır.

“Azərbaycanla bağlı eyni mövqedən çıxış edən Corc Soros və erməni lobbisinin birgə məhsulu bu yazılar  tamamilə əsassız, qərəzli və böhtan xarakterlidir. Düşünürük ki, bu məqalələrin hazırlanması Azərbaycanın regionda və dünyada artan nüfuzu və inkişafına qısqanc münasibətin nəticəsidir. Belə ki, bu gün müstəqil siyasət yürüdən Azərbaycan regional təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir, eyni zamanda iqtisadiyyatını, hərbi qüdrətini artıraraq bölgənin aparıcı dövlətinə çevrilib. Bundan başqa, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin yaradılmasında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan əvəzsiz rol oynayır. Bütün bunlar isə ölkəmizə düşmən mövqe sərgiləyən bəzi siyasi dairələri narahat edir və onları Azərbaycana qarşı qərəzli və təxribat xarakterli kampaniyalar aparmağa sövq edir” – bəyanatda belə deyilir.

Sonda Niderlandda yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin uğurlu daxili və xarici siyasətini alqışladığını bildirir, ölkəmizin  beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq istəyən siyasi qüvvələrə qarşı mübarizədə səylərini əsirgəməyəcəyini bəyan edir.

 





2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
2018-05-17 |
2018-05-16 |
2018-05-16 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved