• Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib


Xəbərlər


Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
2017-09-13 | 12:07 |

Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb

 Sentyabrın 12-də Ukraynanın Kiyev şəhərində Avropa  Azərbaycanlıları Konqresinin Toplantısı keçirilib. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Ukraynanın Ali Radasının deputatları Maksim Kuryaçiy və Georgiy Loqvinskiy, Paris Azərbaycan Evinin sədri  Mirvari Fətəliyeva, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı, Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Azərbaycan Naminə Cəmiyyətinin sədri Nadir Hollenbrand, Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Məclisinin sədri Akif Gülməmmədov,  “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Azərbaycanın Ukraynadakı Səfirliyinin nümayəndələri və diaspor fəalları iştirak ediblər.

Toplantının açılış mərasimində çıxış edən Nazim İbrahimov bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmış, xaricdə yaşayan azərbaycanlılarla iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummili liderin siyasətini uğurla davam etdirərək, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun mütəşəkkil qüvvəyə çevrilməsi,  doğma Vətənlə əlaqələrinin gücləndirilməsinə daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olduğunu vurğulayan N.İbrahimov vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması, həmvətənlərimizin milli özünəməxsusluğunu qoruyub saxlamasına dəstək verilməsi, diasporun potensialının milli maraqlarımızın daha etibarlı şəkildə qorunmasına cəlb olunması, soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiəsi diaspor siyasətinin əsas istiqamətlərini təşkil edir.

Dövlət Komitəsinin sədri qeyd edib ki hüquqi, demokratik dövlət olan Azərbaycan tərəfindən bir sıra qlobal layihələrin həyata keçirilməsi, ölkəmizin sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi siyasi dairələri ciddi narahat edir. O, dünya azərbaycanlılarını yaşadıqları ölkədə Azərbaycan dövlətinin milli maraqları əleyhinə yönəlmiş bu çirkin kampaniyalara öz etirazını bildirməyə, bu sahədə daha da fəal olmağa, dövlətçilik ətrafında sıx birləşməyə çağırıb.

Ukrayna Azərbaycan arasındakı dostluq münasibətlərinə toxunan N.İbrahimov bildirib ki, Ukrayna hər zaman Azərbaycanın yanında olub və ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Komitə sədri AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu vurğulayaraq qurumun fəaliyyətində yeni texnologiyaların tətbiqinin zəruriliyini diqqətə çatdırıb. Diasporla İş üzrə Dövlət Komitəsinin AAK-a hər zaman olduğu kimi bundan sonra da dəstək göstərəcəyini deyən N.İbrahimov bildirib ki, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakı üçün diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.

Ukrayna Ali Radasının deputatı,Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy Kiyevdə keçirilən Avropa Azərbaycanlıları Konqresinin toplantısında çıxışında  bildirib ki, Azərbaycanın və Ukraynanın xarici ölkələrdəki diaspor təşkilatları birləşib birgə mübarizə aparmalıdırlar. İki ölkə arasında dostluq münasibətlərinin qədim tarixə söykəndiyini qeyd edən Maksim Kuryaçiy hər iki ölkənin beynəlxalq arenada ən prinsipial məsələlərdə bir-birinə dəstək verməsinin təqdirəlayiq hal olduğunu deyib. O həmçinin vurğulayıb ki,  Azərbaycan bölgədə böyük uğurlara imza atıb və müstəqil milli siyasət yürüdür.

Toplantıda çıxış edən Ukrayna Ali Radasının deputatı, AŞPA-nın vitse-prezidenti  Georgiy Loqvinskiy də Azərbaycan və Ukrayna  arasında qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etməsindən danışıb.

Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti,  barədə məlumat verib. O bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin milli maraqlarının təmin olunmasında Avropadakı Azərbaycan icmalarının üzərinə böyük məsuliyyət düşür. “Bu baxımdan hər bir soydaşımız xaricdə gücünü səfərbər edib Azərbaycanı layiqincə təmsil etməlidir.” –deyə AKK-ın prezidenti vurğulayıb.

AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib. R.Tağıyev bildirib ki, bütün diaspor təşkilatları təmsil olunduqları ölkədə Azərbaycan naminə mövqelərini daha da gücləndirməlidir.

Daha sonra TADEF sədri Bilal Dündar, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, Finlandiya Azərbaycanli Qadınlar cəmiyyətinin sədri Arzu Oqtay, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Məclisinin sədri Akif Gülməmmədov,  “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva çıxış edərək Azərbaycanın əleyhinə yürüdülən təxribat kampaniyalarının qarşısının alınması və ölkəmizin mənfi obrazını yaratmağa çalışanlara qarşı mütəşəkkil şəkildə mübarizənin aparılmasının vacibliyini vurğulayıblar.

Çıxışıar dinlənildikdən sonra AAK-ın 2017-2019-cu illər üçün Fəaliyyət Proqramı və Yol xəritəsi, Toplantının Qərar layihəsi müzakirə edililərək yekdilliklə qəbul edilib. Qərarda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların fəaliyyətində informasiya texnologiyalarının daha geniş tətbiq olunması, Xocalı soyqırımının tanınması istiqamətində müvafiq iş aparılması, ümummilli lidеr Hеydər Əliyеvin аnаdаn оlmаsının 95-ci ildönümü münаsibətilə Avropa ölkələrində tədbirlərin təşkili nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında"  2017-ci il 16 may tarixli  Sərəncamına uyğun olaraq  Avopa ölkələrində silsilə tədbirlərin keçirilməsi də öz əksini tapıb.  Qərarda həmçinin, 1918-ci ildə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş mart soyqırımının 100 illiyi ilə əlаqədаr geniş təbliğat kampaniyasının həyata keçirilməsi, AAK-ın xüsusi mükafatının təsis edilməsi, Brüssel şəhərində qurumun Əlaqələndirici Katibliyinin ofisinin yaradılması da nəzərdə tutulur.

Daha sonra Avropa Azərbaycanlıları Konqresinin Toplantısının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə Müraciət  qəbul edilib. Müraciətdə son dövrlər məqsədli şəkildə anti-Azərbaycan dairələrin dövlətimiz haqqında mənfi beynəlxalq rəy formalaşdırmaq cəhdlərini perspektivsiz olduğu qeyd edilir, qərəzli kampaniyaların təxribat xarakteri daşıdığı bildirilir.  Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkəmizdə siyasi münasibətlər sisteminin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə olunmuş uğurların yüksək qiymətləndirildiyi vurğulanır. "Hər zaman Sizin ətrafınızda sıx birləşərək Azərbaycanın parlaq gələcəyi naminə yürütdüyünüz siyasəti dəstəklədiyimizi bəyan edirik” - deyə müraciətdə bildirilir.

 Bununla yanaşı, Toplantıda Azərbaycan əleyhinə aparılan təxribat kampaniyalarına etiraz bəyanatı da qəbul edilib. Bəyanatda son zamanlar Avropa ölkələrində Azərbaycana qarşı böhtan kampaniyasının aparılması qətiyyətlə pislənilib və diaspor təşkilatlarımızın bu qərəzli siyasətə qarşı mübarizəni gücləndirməsinin vacibliyi vurğulanıb.





2017-11-20 |
2017-11-20 |
2017-11-14 |
2017-11-14 |
2017-11-13 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved