• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
2017-09-15 | 12:30 |

Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib

 Misirin Qahirə və Ayn-Şəms universitetlərində Ədəbiyyat fakültəsinin Şərq dilləri, o cümlədən Azərbaycan dili ixtisası üzrə təhsil alan yerli tələbələr arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda yazı müsabiqəsi keçirilib. “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi və Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinin birgə təşkil etdiyi müsabiqədə 29 yaşınadək olan 16 gənc iştirak edib. Onlardan 4 nəfəri müsabiqənin qalibi elan edilib.

Müsabiqənin yekunları ilə əlaqədar diaspor təşkilatının ofisində keçirilən tədbirdə iştirakçılara diplomlar təqdim edilib. Qaliblər isə Azərbaycan Respublikasının Gənclər və İdman, Xarici İşlər nazirliklərinin dəstəyilə Azərbaycana bir həftəlik səfərlə mükafatlandırılıb.

Tədbirdə Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinin müşaviri  Azər Abbas və “Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı alim Seymur Nəsirov çıxış edərək belə müsabiqələrin keçirilməsinin Azərbaycanla Misir arasında bütün sahələrdə olduğu kimi elm, təhsil, mədəniyyət, gənclərlə iş sahəsində də əlaqələrin daha da inkişaf etdirilməsi, ölkələrimizin yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.

Misirli gənclərin Azərbaycan dilini öyrənməsinin dolayısıyla ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası, turizm potensialı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Misir ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

 Sonra  tələbələri maraqlandıran suallar cavablandırılıb.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved