• Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.
  • Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilibBorçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşüb
  • Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşübFuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilibMisirdə Ramazan ayı münasibətilə tədbir keçirilib


Xəbərlər


Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
2017-09-15 | 16:18 |

Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir

Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyəti son vaxtlar xarici mediada ölkəmizə qarşı aparılan kampaniyaya etiraz olaraq bəyanat yayıb. Bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyən soydaşlarımız məhz bunun nəticəsində ölkəmizdə davamlı, dayanıqlı inkişafa əsaslanan iqtisadiyyatın, dünya standartlarına uyğun azad medianın formalaşdığını, azad və sağlam rəqabətə əsaslanan biznes mühitinin bərqərar olduğunu bildirir. Onların fikrincə, bəzi xarici kütləvi informasiya vasitələrində Azərbaycana qarşı aparılan kampaniya ölkəmizin inkişafı, beynəlxalq aləmdə artan nüfuzu ilə bağlıdır.

Bəyanat deyilir: “Son zamanlar Azərbaycan əleyhinə bəzi xarici KİV-lərdə, o cümlədən “The Guardian” və “The Washington Post” qəzetlərində dərc edilmiş məqalələr vasitəsi ilə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının məqsədi Azərbaycanın beynəlxalq nüfuzuna  kölgə salmaqdır. Məqalələrdə əksini tapmış böhtan xarakterli məlumatların Corc Soros və erməni dairələri tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf məqsədlər üçün yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatına istinadən verilməsi kampaniyanın kifayət qədər qərəzli olduğunu bir daha təsdiqləyir”.

Litvada yaşayan soydaşlarımız hesab edir ki, Azərbaycan əleyhinə dərc edilmiş məqalənin müəllifləri sırasında Dina Naqapetyan adlı erməni əsilli şəxs olması faktı da bir daha bu çirkin ittihamların arxasında erməni lobbisinin dayandığını sübut edir. Bəyanatda təəssüflə vurğulanır ki, bəzi siyasi mərkəzlər Azərbaycanı "kənardan idarə olunan dövlətə" çevirmək cəhdlərindən əl çəkmir: “Bu kampaniya həmin cəhdlərin davamı olmaqla Azərbaycanın öz müstəqilliyini nə qədər çətin və mürəkkəb geosiyasi şərtlər altında qurduğunu bir daha nümayiş etdirir”.

Bəyanatın sonunda soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin uğurlu daxili və xarici siyasətini alqışladığını, ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq istəyən siyasi qüvvələrə qarşı mübarizədə səylərini əsirgəməyəcəyini bəyan edir.

 

                  





2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved