• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Berlində Azərbaycanın Milli Musiqi Günü qeyd edilib
2017-09-25 | 12:10 |

Berlində Azərbaycanın Milli Musiqi Günü qeyd edilib

 Almaniyanın paytaxtı Berlində yerləşən Azərbaycan Mədəniyyət Evində 18 sentyabr – Milli Musiqi Günü qeyd edilib. Alman-Azərbaycan Ziyalıları Birliyinin (AAZB) təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun təmsilçiləri iştirak edib.

Tədbirdə birliyin sədri Naibə Şirinova iştirakçılara Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı olan musiqi gününün tarixi və dahi bəstəkarın həyat yolu, zəngin və hərtərəfli yaradıcılığı, milli musiqimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, şərqdə ilk opera və operetta janrının banisi olan Ü.Hacıbəyli ilk dəfə öz yaradıcılığında şərqlə qərbin vəhdətini yaradıb. O, həmçinin, musiqişünas alim, ictimai xadim, dramaturq, publisist və gözəl pedaqoq olub. Azərbaycanın dövlət  himninin musiqisinin də məhz Ü.Hacıbəyliyə aid olduğu vurğulanıb.

Tədbirdə iştirak edən musiqiçilər dahi bəstəkarın "Sənsiz" və "Sevgili canan" romanslarını ifa edib. Daha sonra tədbir  balaca soydaşlarımızın Ü.Hacıbəylinin  felyeton və miniatürləri əsasında hazrıladığı bədii kompozisiya və səhnəciklərlə davam edib.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved