• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri "Concordia" Sammitinə qatılıb
2017-09-26 | 14:58 |

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin üzvləri Amerika Birləşmiş Ştatlarının Nyu Yorkda keçirilən “Concordia” Sammitində iştirak edib. NGBM-nin dəstəyi ilə baş tutan sammitdə Mərkəzin İdarə Heyətinin üzvləri - Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliyev, Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya, Rumıniyanın keçmiş dövlət başçısı Emil Konstantinesku, Finlandiyanın eks-prezidenti Tarya Halonen, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo, Ərəb Liqasının keçmiş Baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa, həmçinin, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko və xanımı iştirak edib. 

Sammit çərçivəsində Mərkəzinin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirib və “Apeal of Conscience” Fondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi tədbir çərcivəsində Maltanın Baş naziri Jozef Muskat, Beynəlxalq Valyuta Fondunun direktoru Kristian Lagarde, Dünya Bankının Baş direktoru Kristalina Qeorqiyeva, CNN telekanalının aparıcısı, jurnalist və siyasi şərhçi Farid Zakariya, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, dünyanın ən böyük transmilli korporasiyalarından sayılan “BlackStone”nun rəhbəri və başqaları ilə görüşlər keçirib. Görüşlərdə mərkəzin fəaliyyəti, əməkdaşlıq imkanları, 2018-cı ildə keçiriləcək VI Qlobal Bakı Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hər il sentyabr ayında Nyu-York şəhərində keçirilən “Concordia” Sammitinin məqsədi dünyanın nüfuzlu iş adamları, siyasətçiləri, dövlət və hökumət başçıları, qeyri-hökumət təşkilatlarının liderləri arasında səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına şərait yaratmaqdır.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved