• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Həmvətənimiz Məmmədbağır Əliyev Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü seçilib
2017-10-02 | 10:29 |

Həmvətənimiz Məmmədbağır Əliyev Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü seçilib

 Həmvətənimiz - akademik, tanınmış həkim-onkoloq, professor, tibb elmləri doktoru Məmmədbağır Əliyev Rusiya Elmlər Akademiyasının (REA) Rəyasət Heyətinin üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, M.Əliyev REA-nın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlıdır.

M.Əliyev Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Dövlət mükafatı laureatı, Rusiyanın Əməkdar Elm Xadimi, Elmi-Tədqiqat Uşaq Onkologiyası və Hemotologiya İnstitutunun direktoru, Rusiya Tibb Elmləri Akademiyasının Rusiya Milli Onkoloji Mərkəzinin Elmi-Tədqiqat Kliniki Onkologiya İnstitutunun ümumi onkologiya şöbəsinin müdiri, 400-dən çox dərc edilmiş əsərin müəllifidir.

REA-nın Rəyasət Heyəti Elmlər Akademiyasının daimi fəaliyyət göstərən kollegial icra orqanıdır. Rəyasət Heyətinə REA-nın prezidenti və vitse-prezidentləri, habelə Elmlər Akademiyasının ümumi yığıncağında seçilmiş üzvləri daxildir.

Xatırladaq ki, REA prezidenti postuna keçirilmiş seçkilərdə Nijeqorod Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, akademik Aleksandr Sergeyev qalib gəlib.

 

AZƏRTAC





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved