• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
2017-10-16 | 10:45 |

Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində

          Məlum olduğu kimi, Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan da təmsil olunur. Oktyabrın 13-də  sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə milli pavilyonda  “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan diasporunun üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və Almaniyadakı azərbaycanlı tələbələr iştirak ediblər.Tədbiri giriş sözü ilə açan  “Avropa Əməkdaşlıq Forumu"nun sədri, “Avropa Azərbaycanlıları Konqresi"nin fəxri prezidenti, “Alman-Azərbaycan Forumu"nun mədəniyyət şöbəsinin rəhbəri Samira Patzer-İsmailova bildirib ki,  son illərdə Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində aparılan uğurlu fəaliyyətin nəticəsidir ki, ölkəmizə səfər edən, Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olan almanların sayı durmadan artır. Tədbir zamanı  2016-cı ildə Almaniyanın “Vinand” nəşriyyatı tərəfindən çap olunmuş “Azərbaycanda qonaq olarkən” kitabının müəllifi fotoqraf Barbara Luterbek "Azərbaycan almanların gözü ilə" mövzusunda çıxış edərək ölkəmiz haqqında öz təəssüratlarını bölüşüb.  O, Azərbaycanın böyük turizm potensialına, xarici vətəndaşları maraqlandıran qədim və zəngin mədəni irsə malik olduğunu qeyd edib.Müzakirələrin davamı olaraq, “Vinand” nəşriyyatının rəhbəri Mixael Vinand və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Azərbaycanda və Almaniyada kitab nəşri haqqında fikir mübadiləsi aparıblar.K.Tahirov Azərbaycanda ildən-ilə kitaba marağın artdığını, kitab çapının, özəl nəşriyyat və mətbəələrin sayının çoxaldığını, Azərbaycan dövlətinin bu sahəyə xüsusi qayğı göstərdiyini bildirib.  Daha sonra, “Mədəniyyətlərarası təbabət və  Kommunikasiya" adlı kitabın müəllifi, əyalət parlamentinin sabiq üzvü Rahim Şmidt yaxın zamanlarda işıq üzü görmüş kitabı haqqında tədbir iştirakçılarına məlumat verib."Maints Azərbaycan Cəmiyyəti"nin sədri, “Avropa Azərbaycanlıları Konqresi"nin fəxri prezidenti Başar Kömür, “Frankfurt şəhərinin kommunal xaricilər nümayəndəliyi"nin sədri Cümə Məmmədov, “Azərbaycan Dağ Yəhudiləri Cəmiyyəti"nin sədri Orxan Şafadyayev, “Frankfurt Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri Kəmalə İskəndərova, alman dilində dərc olunan "İRS" jurnalının baş redaktoru Vüqar Aslanov (Dəmirbəyli) "Azərbaycanlılar Almaniyada” mövzusunda çıxış edərək, Almaniyadakı Azərbaycan diasporunun fəaliyyəti, tarixi irsimizin, mədəniyyətimizin yerli ictimaiyyətə çatdırılması sahəsində görülən işlər barədə iştirakçılara məlumat veriblər

                                                               

 

                                                                                    

 

                                                                                            

                                                                                            

 

                                                                                              

 

                                                                                             

 

                                                                                             

 

                                                                                             

 

                                                                                               

 

                                                                                              .

 

                                                                                             

 

                                                                                            

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved