• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək
2017-10-27 | 15:31 |

Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək

 Azərbaycan diasporunun görkəmli nümayəndəsi, əməkdar artist, uzun illərdir Fransada yaşayan pianoçu, professor Adilə Əliyeva Bakıda ustad dərsləri verəcək. Təhsil Nazirliyinin dəvəti ilə Adilə Əliyeva oktyabrın 30-u, 31-i və noyabrın 1-də Bakı Azərbaycan Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçəcək. Dərslərdə iştrak ödənişsizdir və istənilən şəxs əvvəlcədən qeydiyyatdan keçməklə dərslərdə iştirak edə bilər. Bundan başqa, Adilə Əliyevanın Bakıya səfəri çərçivəsində ADA Universitetinin tələbələri ilə görüşünün keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Adilə Əliyeva Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək Çaykovski adına Konservatoriyada təhsil alıb. 25 ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmyerlimizin adına iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. Adilə Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir. Amerikalı eskpertlərin fikrincə, bu müsabiqə dünyanın ən nüfuzlu musiqi müsabiqələrindən biridir. 2018-ci ilin martında Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçiriləcək. Festivalı final konsertində bir sıra beynəlxalq qurumların  nümayəndələrinin iştirakı gözlənilir. 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved