• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Xaricdə yaşayan soydaşımız dünya çempionatında qızıl medal qazanıb
2017-11-01 | 16:15 |

Xaricdə yaşayan soydaşımız dünya çempionatında qızıl medal qazanıb

 İtaliyanın Karara şəhərində kikboksinq üzrə keçirilən dünya çempionatında (Unified World Championship) Çexiyada yaşayan azərbaycanlı kikboksçular fərqlənib. Yeniyetmələr arasında fullkontakt gaydaları üzrə 60kq çəkiyədək yarışda çıxış edən həmyerlimiz 18 yaşlı Məhəmməd Cəfər final qarşılaşmada irlandiyalı idmançıya qalib gələrək, qızıl medala layiq görülüb.

Qeyd edək ki, Məhəmməd Cəfər bu ilin may ayında WKU Avropa çempionatında fullkontakt qaydaları üzrə yeniyetmələr arasında 60 kq çəki kateqoriyasında yarımfinal və final qarşılaşmasında Ermənistan təmsilçisinə qalib gələrək çempionatın qızıl medalını qazanmışdı.

Yeniyetmələr arasında 42 kq çəkidə iştirak edən Məhəmmədin kiçik qardaşı Əl Cəfər isə laytkontakt qaydaları üzrə çempionatın gümüş medalına layiq görülüb. O, iki döyüşdə qalib gələrək final qarşılaşmasında İngiltərə təmsilçisinə uduzub.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved