• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Türkiyənin bələdiyyə sədrləri Azərbaycana səfər edəcək
2017-11-02 | 11:43 |

Türkiyənin bələdiyyə sədrləri Azərbaycana səfər edəcək

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti noyabrın 5-dək 9-dək Azərbaycanda işgüzar səfərdə olacaq.

Səfərin məqsədi yerli bələdiyyələr və özünüidaretmə orqanları ilə ikitərəfli əməkdaşlıq əlaqələri yaratmaq, turizm, ətraf mühit, infrastruktur, mədəni və tarixi abidələrin mühafizəsi sahəsində təcrübə mübadiləsi təşkil etmək, Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq, qardaşlıq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməkdir. Bu məqsədlə nümayəndə heyətinin Azərbaycanın müvafiq dövlət orqanlarında görüşlərinin keçirilməsi, Bakı şəhərinin müasir siması ilə tanışlığı və Azərbaycanın müxtəlif regionlarındakı mədəniyyət, tarixi-memarlıq abidələrini ziyarəti nəzərdə tutulur.

Nümayəndə heyətinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri planlaşdırılır. Qonaqlar Cocuq Mərcanlı kəndinin işğaldan azad olunandan sonra qısa müddətdə aparılmış və davam edən tikinti-quruculuq, yenidənqurma işləri ilə tanış olacaq, “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət edəcək, Azərbaycan-Türkiyə Qardaşlıq Parkının salınması məqsədilə ağacəkmə kampaniyasının və  Adana  şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “qardaş şəhər” niyyət protokolunun  imzalanması mərasimində iştirak edəcəklər.

Azərbaycana səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidə kompleksinin, Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyinin ziyarəti və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı  Səfirliyində görüşün keçirilməsi planlaşdırılır.

Bundan başqa, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması da nəzərdə tutulur.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved