• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Almaniyada yaşayan Əşrəf Hümbətovun Bakıda sərgisi açılıb
2017-11-03 | 14:34 |

Almaniyada yaşayan Əşrəf Hümbətovun Bakıda sərgisi açılıb

Uzun illərdir Almaniyda yaşayan soydaşımız, rəssam Əşrəf Heybətovun “Qala” Muzey Kompleksində rəsm sərgisi açılıb. Sərgidə rəssamın mənzərə janrında çəkdiyi 25 əsər nümayiş olunur. Bütün işlərində özünəməxsus Şərq üslubuna sadiq qalan rəssamın əsərlərində əsasən 100 il əvvəl Azərbaycanda yaşayan insanların həyat tərzi, geyim üslubu, adət-ənənələri öz əksini tapıb. Bu rəngkarlıq nümunələri Azərbaycan xalqının keçmişinə səyahət etmək imkanı yaradır. Sərginin ziyarətçiləri Qərb və Şərqin qovuşduğu məkanda yerləşən Bakı kəndlərinin həyat tərzi, adət-ənənələri ilə interaktiv şəkildə tanış ola bilərlər.

Sərginin məhz Qala kəndindəki Muzey Kompleksində açılması təsadüfi deyil. Əşrəf Heybətovun babaları burada doğulduğu üçün o, özunu məhz bu torpaqda soykökünə yaxın hiss edir.

Qeyd edək ki, artıq 30 ildir Almaniyanın Koblnets şəhərində yaşayan Əşrəf Heybətov YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü və  Azərbaycanın əməkdar rəssamıdır. O, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved