• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
2017-11-13 | 14:28 |

Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib

 ABŞ-ın Nyu York şəhərində fəaliyyət gösətərən Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib. Bayram tədbirində Nyu Yorkdakı Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri iştirak edib. Mərkəzin sədri Zöhrə Şərifi qonaqları salamlayaraq Dövlət Bayrağı Günü ilə bağlı onlara qısa məlumat verib.

Daha sonra Azərbaycan Nyu York Assosiasiyasının prezidenti Əli Nəsibov çıxış edərək, bu günkü Azərbaycan Bayrağının tarixi barədə danışıb, orada əks olunan rənglərin, ay, ulduzun mənası haqqında qonaqları məlumatlandırıb.

Tədbirdə çıxış edən Türk Amerika Giresunlular Dərnəyinin rəhbəri İlhan Kadalak, Türk Haras Birliyinin sədri Aysel Demirkan və başqaları Türkiyə-Azərbaycan qardaşlığından, bu münasibətlərin ABŞ-dakı azərbaycanlılarla türklər arasında müşahidə edilməsindən məmnunluqlarını ifadə ediblər. Tədbirin təşkilatçısı olan Azərbaycan Amerika Mədəniyyət Mərkəzində azərbaycanlı, türk, hətta yəhudilərin təmsil olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Türk dərnlək rəhbərləri qeyd ediblər ki, Amerikada yaşayan türklər olaraq hər zaman Azərbaycan xalqının yanındadırlar və Azərbaycan bayrağının daim dalğalanması üçün hər bir dəstəyi göstərməyə hazırdılar.

 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved