• Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib


Xəbərlər


Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
2017-11-14 | 12:54 |

Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək

 Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin rəhbəri Təranə Nəzərova Helsinkidə “Global Partner of Structured Profitability” şirkətinin prezidenti Pekka Susi ilə görüş keçirib. Görüşdə Bakıda Fin biznesinin inkişaf modeli mövzusunda keçiriləcək seminarlar və yeni layihələr müzakirə edilib.

Diaspor rəhbəri P.Susiyə Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi iqtisadi inkişafı barədə məlumat verib. Son illər ölkəmizdə qeyri-neft sektoruna ayrılan diqqət bu sahədə əldə edilən uğurlara toxunan T.Nəzərova Azərbaycanda investisiya imkanları barədə də danışıb. 

Ölkəmizdə bir çox sahələrə maraq göstərən Finlandiya iqtisadçıları azərbaycanlı iş adamları, şirkət rəhbərləri və əməkdaşları üçün iqtisadiyyatın bir sıra sahələrini əhatə edən seminarlar keçirmək niyyətində olduqlarını bildiriblər.

Daha sonra Azərbaycan və Finlandiya ictimaiyyəti arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və bu istiqamətində bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin rəhbəri Təranə Nəzərova Finlandiya və Azərbaycan arasında mədəni, iqtisadi, ictimai əlaqələrin gücləndirilməsi ilə bağlı Finlandiya ictimaiyyətinin təmsilşiləri ilə mütəmadi görüşlər keçirir.

 





2017-11-20 |
2017-11-20 |
2017-11-14 |
2017-11-14 |
2017-11-13 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved