• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Parisdə muğam gecəsi keçirilib
2017-11-28 | 16:49 |

Parisdə muğam gecəsi keçirilib

 Noyabrın 26-da Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə Parisdə milli muğam ifaçılığımızda özünəməxsus üsluba malik olan Qoçaq Əsgərov və məhşur fransız caz ifaçısı Pyer de Traqomenin rəhbərliyi ilə Muğam-Soul konserti keçirilib. Mügənniləri səhnədə istedadlı musiqiçilərimiz Elnur Mikayilov (kamança), Kamran Kərimov (nağara) və Vasif Hüseynzadə (piano) müşayiət ediblər. 

Konsert gecəsini Azərbaycanın Dostları Asosiasiyasının baş katibi Mirvari Fətəliyeva açaraq Azərbaycanın mənəvi sərvəti sayılan və UNESCO-nun qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilən Muğam haqqında söhbət açıb. O çıxışında deyib ki, Muğam Azərbaycan xalqının dünyadakı səsi kimi milyonlara yalnız zövq verici musiqi bəxş etmir, həm də milli kimliyimizi və ölkəmizin gerçəklərini olduğu kimi bütün dinləyicilərə çatdırmağa kömək edir.

Daha sonra, Azərbaycanın tanımmış musiqişünası Sənubər Bağırova muğam haqqında geniş məlumat verərək fransız caz ustasının muğam sənətinə olan marağından, layihənin yaranma tarixindən söz  açıb. O qeyd edib ki, milli sərvətimiz olan muğam füsunkar xususiyyəti ilə həmişə şərq musiqisinin mistikasına vurğun musiqisevərləri özünə cəlb edir. Dünyanın hər bir yerində musiqi həvəskarları bu əsrarəngiz və fəlsəfi musiqini sevir və araşdırırlar. 

Konsert qrupun 17 noyabr tarixində Felmay italyan disk evinin imzası ilə” Mugham Souls - Gochag Askarov & Pierre de Trégomain” adlı albomunun Fransada işıq üzü görməsi münasibəti ilə təşkil olunub. Caz aləmi və dünya musiqisinə yeniliklər bəxş edən bu albom dərin mənəvi hisslərlə zəngin olan yaradıcı əməyin bəhrəsidir. 

Qeyd edək ki, ilk dəfə muğamı Parisdə Qoçaq Əsgərovun albomlarını dinləyərək kəşf edən Pyer de Treqomen muğamın mistik aləminə heyran olur. O 2016-cı il fevralında muğam sənətini ustanın ozündən öyrənmək üçün Bakıya gedir. Onların görüşü və bərabər çalışmaları nəticəsində ətraflarına istedadlı musiqiçiləri toplayaraq milli muğamlarımızdan, şəxsi bəstələrindən və improvizasiyalardan ibarət repertuarla əməkdaşlığa başlayırlar.

Fevral ayında Fransa Institutunun dəstəyi ilə qrupun Bakıda, Yarat müasir Incəsənət mərkəzində ilk konserti və iyul ayında Parisdə Azərbaycanın Dostları Assosiasiyasının dəvəti ilə daha iki konserti təşkil olunub.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved