• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Rus yazıçı erməni daşnaklarının dağıdıcı xislətindən yazıb
2017-12-05 | 16:14 |

Rus yazıçı erməni daşnaklarının dağıdıcı xislətindən yazıb

 Rusiyalı yazıçı və tədqiqatçı Dmitriy Preobrajenskinin SSRİ-nin parçalanması səbəblərinə həsr olunmuş “Bjezinski dedi – Qorbaçov etdi” ("Бжезинский сказал – Горбачев сделал") kitabında Dağlıq Qarabağ münaqişəsinə, erməni daşnaklarının dağıdıcı fəaliyyətinə geniş yer ayırıb.

Kitabda SSRİ-nin dağılma səbəbləri ətraflı təhlil edilir, ilk növbədə erməni lobbisinin, ermənilərin terrorçu və siyasi təşkilatlarının buradakı rolu açıqlanır. Nəşrdə XVIII-XX əsrlərdə çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Qafqazda və digər bölgələrdə yerləşdirilməsi, erməni kilsəsinin və zənginlərinin dəstəyi ilə XX əsrin əvvəllərində Qafqazda və çar Rusiyasının digər bölgələrində genişmiqyaslı terror aktları törədən “Qnçak” və “Daşnaksütün” kimi erməni milli təşkilatlarının yaradılması təsvir olunur.

1905-07-ci illərdə erməni təşkilatlarının dağıdıcı rolu xüsusi qeyd edən müəllif artıq rus tarixçilərinin bu prosesləri inqilab deyil dağıdıcı terror hərəkatı kimi qiynmətləndirdiyini vurğulayır.

Dmitriy Preobrajenski, həmçinin, daşnakların asanlıqla bolşeviklərə çevrilməsini və sovet dövründə də özlərinin dağıdıcı fəaliyyətini davam etdirməsini təsvir edir. Müəllif SSRİ-nin parçalanmasının ilk səbəbi kimi Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun komandasındakı erməni millətindən olan yüksəkçinli məmurların dəstəyi ilə ermıni milliyyətçilərinin başlatdığı  Dağlıq Qarabağ münaqişəsini göstərir. Onun fikrincə, bu münaqişə vasitəsilə SSRİ-nin parçalanması başlayıb və indi aydın olur ki, xaricdəki erməni lobbisi qərbin siyasi dairələrinin sifarişi əsasında milli münaqişələri qızışdıraraq Sovet İttifaqının parçalanması prosesinə start verib.

Qeyd edək ki, Dmitriy Preobrajenskinin “Bjezinski dedi – Qorbaçov etdi” kitabı mövsümün ən populyar nəşrləri arasında və bu il Rusiyada ən çox satılan nəşrlər siyahısındadır.

 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved