• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


Diaspor rəhbəri Finlandiya parlamentinin üzvü ilə görüşüb
2017-12-08 | 11:44 |

Diaspor rəhbəri Finlandiya parlamentinin üzvü ilə görüşüb

 Finlandiyada fəaliyyət göstərən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin rəhbəri Təranə Nəzərova Finlandiya parlamentinin deputatı, Azərbaycan-Finlandiya parlamentlərarası dostluq qrupunun sədri Eero Lehti ilə görüşüb. Görüşdə 20-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda keçirilmiş beynəlxalq Forumda iştirak edən Finlandiya parlamentinin deputatları Tom Pakkalen və Antero Eerolla da olublar.

Diaspor rəhbəri Finlandiya parlamentinin deputatları ilə Brüssel Forumunu geniş müzakirə edib. Bu barədə Eero Lehtiyə geniş məlumat verən T.Nəzərova Azərbaycanın 20 ildən artıqdır erməni separatizmindən əziyyət çəkdiyini xatırladıb. O, bu mövzunun Avropa ölkələrinin parlament üzvləri, tanınmış siyasətçilər, ictimai xadimlərlə geniş şəkildə müzakirə olunduğunu qeyd edib.

Brüssel konfransında iştirak edən Finlandiya Parlamentinin deputatları Tom Pakkalen və Antero Eerolla da öz növbəsində təəssüratlarını bölüşərək forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Belə tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini qeyd edən parlamentarilər bildirib ki, forum separatizmə məruz qalmış ölkələrin haqq səsini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, problemlərin optimal həllinin məqsədəmüvafiq yollarla araşdırılmasına təkan verəcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, T.Nəzərova Azərbaycan xalqının təcavüzün qurbanı olması, etnik təmizlənmə faktlarını deputatın diqqətinə çatdırıb. O, həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təkcə bölgə üçün deyil, beynəlxalq sülhə təhdidlər yaratdığını vurğulayıb

Qeyd edək ki, Tom Pakkalen Bakıda son prezident seçkilərinin müşahidəçisi olub. Antero Eerolla 2016-cı ildə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə yaxın yərləşən Azərbaycan rayonlarına səfər edərək cəbhə xəttindəki vəziyyəti Finlandiya mediasında geniş işıqlandırıb. Eero Lehti isə 2016-cı ildə Bakıda keçirilmiş Humanitar Forumun iştirakçısı olub.





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved