• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xəbərlər


Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
2017-12-13 | 15:07 |

Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb

Ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Misirdə anım mərasimi keçirilib. Əvvəlcə Misirin Qalyubiyyə vilayətinin Kanatır əl-Xeyriyyə şəhərində ümummilli lideri Heydər Əliyevin Misir-Azərbaycan parkında ucaldılmış abidəsi ziyarət olunub, abidənin onünə tər çiçəklər qoyulub.

Tədbirdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi - “Vətənpərvər”in üzvləri, burada təhsil alan tələbələrimiz, Qalyubiyyə Qubernatorunun mədəniyyət və təhsil məsələləri üzrə müavinləri, Qubernatorluğun yaşıllaşdırma və parklar idarəsinin rəisi, parkda yerləşən xeyriyyə-təhsil mərkəzinin rəhbərliyi, misirli məktəblilər iştirak edib.

Diaspor təşkilatının rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirov mərasim iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixində göstərdiyi xidmətlər barədə qısa məlumat verib.

 

Sonra parkda yerləşən xeyriyyə təhsil ocağına gələn tədbir iştirakçıları burada təşkil olunmuş foto-sərgi və Azərbaycanla əlaqədar stendlərlə tanış olublar. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev ulu öndərin keçdiyi zəngin həyat yolundan, Azərbaycan tarixindəki misilsiz rolundan danışıb. Azərbaycana dair müzakirələrlə davam edən tədbirin sonunda misirli məktəblilərə hədiyyələr təqdim edilib. 





2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved